Icma.az
close
up
RU
Abşeronda ailə münaqişəsi zorakılıqla nəticələndi TƏFƏRRÜAT

Abşeronda ailə münaqişəsi zorakılıqla nəticələndi TƏFƏRRÜAT

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda 1983-cü il təvəllüdlü Tofiq ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naibəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 17-də baş verib. 
Quba rayon sakini Tofiq həmin gün gecə saat 4 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə onun mütəmadi olaraq alkoqollu içkilər qəbul etməsi ilə bağlı ona irad bildirməklə yaşamaq üçün Quba rayonuna getmək istəməsinə etiraz edən arvadı Naibə ilə ailə məişət zəminində mübahisə edib. 
Aralarında yaranmış narazılıqla bağlı alkoqol sərxoşluğu vəziyyətində mübahisə edən kişi arvadının üzərinə hücum edib. Ona qəsdən əl, yumruq, təpik, ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub. 
Ardınca evin otağının qapısını zərərçəkmiş şəxsə tərəf itələyərək vurmaqla, ona xəsarətlər yetirib. 
Hadisəni törədən Tofiqin barəsində Cinayət Məcəlləsinin 129-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Naibə ilə 2002-ci ildə qeyri-rəsmi olaraq ailə həyatı qurub, 2011-ci ildə rəsmi olaraq nikah bağlayıb: 
“Bu nikahdan 2005-ci il təvəllüdlü Səma, 2006-cı il təvəllüdlü İlqar və 2017-ci il təvəllüdlü Murad dünyaya gəlib. Naibə ilə ilk əvvəllər normal olaraq ailə həyatı yaşasaq da, son zamanlar aramızda sözlə mübahisələrimiz yaranıb. Buna səbəb isə hazırda yaşadığımız kirayədə olan evdən çıxaraq rayona, yəni doğulub böyüdüyüm Quba rayonunun kəndində geri qayıtmaq istəməyim olub. Bunu dəfələrlə Naibəyə desəm də, o, uşaqların təhsilinin Xırdalan şəhərində olmasını, bu səbəbdən getmək istəmədiyini bildirdi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 17-də, gecə saat 4 radələrində evdə olan zaman yenidən həmin mövzularla bağlı söhbət açılıb: 
“Mən spirtli içkinin təsiri altında olduğumdan əsəbiləşərək yumruq və təpiklə Naibənin bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdim. Həmçinin həmin vaxt Naibə evin qapısını bağlamaq istəyən zaman qapını onun arxasınca  itələdim. Bir neçə dəqiqədən sonra Naibə yaşadığım evi tərk edərək getdi. Baş vermiş mübahisə zamanı Naibənin mənə qarşı heç bir fiziki təsir göstərməyib. Mübahisə təxminən 3-5 dəqiqə birgə yaşadığımız evin içərisində baş verib”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri