Icma.az
close
up
RU
Abşeronda yeznəqayın arasında qanlı dava TƏFƏRRÜAT

Abşeronda yeznəqayın arasında qanlı dava TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1977-ci il təvəllüdlü Amil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Vəfadara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 8 oktyabr 2022-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində baş verib. 
Amil həmin ərazidə yeni məhəllədə yerləşən fərdi həyət evinin qarşısında həyat yoldaşı Mahizərinin bir neçə gün əvvəl yaşadıqları evə pay gətirilən konfetləri iş yerinə aparmasına irad tutan zaman sonuncunun qardaşı Vəfadarın bacısına irad tutduğu üçün onu əli ilə sinəsindən itələməklə ona qarşı kobudluq etməsinə qəzəblənib.  
Amil həyətində istifadə etdiyi kəsici-deşici xassəli bıçaqla Vəfadarın qarın nahiyəsinə qəsdən 2 dəfə vuraraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Vəfadar onun qaynıdır: 
“Münasibətlərimiz həmişə yaxşı olub. İndi də yaxşıdır. Qaynım Vəfadar hadisə olan gün, yəni 8 oktyabr 2022-ci ildə bizə qonaq gəlmişdi. Yoldaşım Mahizər bizə süfrə açdı. Mən Vəfadar ilə yeyib içdik. Sonra çay içmək istəyəndə evdə konfet olmadığından, bir neçə gün əvvəl evdəki konfetin necə olduğunu yoldaşım Mahızardən soruşanda yoldaşım konfeti işə apardığını dedi. Buna görə yoldaşıma sözlə əsəbləşdim. 
Həmin vaxt mənim yoldaşıma əsəbləşməyim qaynım Vəfadarın xoşuna gəlmədi. Biz həyətə siqaret çəkməyə çıxdıq. Vəfadar əli ilə məni itələdiyindən mübahisələrimiz  düşdü. İçkili olduğumdan həyətdə bağçada işlətdiyim bıçaqla Vəfadarı vurdum. Vəfadara neçə bıçaq zərbəsi vurmağımı xatırlamıram”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Amil 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının şərti tətbiq edilməsini istəyib. 
Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. 
Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Dekabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri