Icma.az
close
up
RU
Abşeronda şok ailə münaqişəsi TƏFƏRRÜAT

Abşeronda şok ailə münaqişəsi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda 1992-ci il təvəllüdlü Əfsən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əsmərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 19 sentyabr 2023-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. 
Əfsən arvadının valideynləri barədə mənfi fikirlər işlətməsi zamanı sonuncunun buna etiraz etməsindən əsəbiləşərək ailə daxili münasibətlər zəminində aralarında yaranmış həmin narazılıq üstündə mübahisə edib. 
Həmin mübahisə əsnasında arvadının üzərinə hücum edərək, mənzilin otaq, dəhliz və hamam hissəsində qəsdən onun baş, sifət, boyun, əl, kürək, ayaq, bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub. Onun saçını əlləri ilə yolub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Əsmər ilə 2017-ci ildə ailə qurub və həmin nigahdan 2 övladları var: 
“Bir müddətdir arvadım ilə münasibətlərim normal olmayıb. Buna səbəb tez-tez spirtli içki qəbul edərək özümdə olmamağım və mütəmadi olaraq əsassız olaraq yaşadığımız evdə münaqişə yaratmağım olub. Hadisə günü, saat 18 radələrində yaşadığımız evdə olan zaman spirtli içki qəbul etdim. Əsmər ilə aramızda onun valideyinlərini təhqir etməyim səbəbindən mübahisə yarandı. Mübahisə zamanı Əsmərin mənə cavab qaytardığı üçün yumruq və təpiklə onun başından, bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarətlər yetirdim. Həmin vaxt spirtli içki qəbul etdiyim üçün əsəbiləşərək Əsmərin evdən getməsinə icazə vermədim, onu hamam otağına salaraq orada da təkrar döydüm. Bundan sonra yataq otağına keçərək yatdım”.
Təqsirləndirilən şəxs bildirib ki, səhəri gün Əsmərin anası Nəsibə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat verib: 
“Arvadım Əsmərlə aramız da olan mübahisə 10-15 dəqiqə davam etdi. Mübahisə zamanı səs-küy yaranmadı. Mübahisə yaşadığımız evdə baş verdiyi üçün orada ikimizdən başqa heç kim olmayıb. Mübahisə zamanı arvadım mənə qarşı hər hansı bir fiziki zor tətbiq etməyib. Bundan sonra arvadım Saray Polis Bölməsinə ərizə ilə müraciət etdiyini eşidərək bilmişəm. Sonradan arvadımla barışmışam. Əməlimdən peşmançılıq çəkirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əsmərin sözlərinə görə, əri Əfsən ilə 2017-cı ildə ailə qurduqlarını və həmin nigahdan 2 övladları var: 
“Əvvəllər ərim ilə münasibətlərimiz normal olub. Bir müddətdir ki, ərim ilə münasibətlərimiz normal olmayıb. Buna səbəb Əfsənin spirtli içki qəbul edərək yaşadığımız evdə mənimlə əsassız olaraq münaqişə yaratması olub”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 18 radələrində Əfsən yenə də evdə olan zaman spirtli içki qəbul edərək, valideyinlərinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb: 
“Mübahisə edərək bununla bağlı ona iradımı bildirdim. Bu zaman Əfsən üzərimə gələrək yumruq və təpiklə başımdan, bədənim in müxtəlif nahiyyələrindən vurdu, saçımı yolaraq məni döyməyə başladı. Həmin vaxt burnumdan qan açıldığını gördüm. Bundan sonra bayıra çıxmaq istəyən zaman Əfsən məni tutaraq hamama saldı, yenidən döyməyə davam etdi. Həmin vaxt Əfsən sərxoş olduğu üçün yatmağa getdi və gizlincə zəng vuraraq anama məlumat verdim”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri