Icma.az
close
up
RU
Abşeronda qonşular arasında torpaq davası: Bir nəfər həbs edildi

Abşeronda qonşular arasında torpaq davası: Bir nəfər həbs edildi

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda qonşular arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-n əldə etdiyi məlumata görə, hadisə 7 iyul 2024-cü ildə, saat 18 radələrində rayonunun Aşağı Güzdək qəsəbəsi, N saylı hərbi hissəsinin ərazisi adlanan yerdə baş verib. 
Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Rəsul orada qonşusu Məhəmmədin ondan və qohumlarından polis orqanlarına şikayət etdiyinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində həmin ərazidə yerləşən evinə gəlib, heç bir əsaslı səbəb olmadan onun sifət nahiyəsindən yumruq zərbəsi ilə vurub. 
Məhəmmədi yerə yıxaraq yumruq və təpiklə onun bədənin müxtəlif nahiyələrinə zərblər yetirib. Nəticədə Məhəmməd müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
İş üzrə ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 1993-cü ildən Abşeron Rayonu, Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissə adlanan ərazidə məcburi köçkün kimi yaşayırlar: “Məcburi köçkün olduğumuza görə həmin ərazi bizə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən ayrılıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin iyun iyul aylarında Elşən onların həyətinə gəlib və onlarla kinayəli şəkildə “30 ildir siz yaşamısız, indi isə biz yaşayacayıq” kimi sözlər deməyə başlayıb:
“Bununla da məhəllədə bizim aramızda mübahisələr başladı. Bu zaman Məhəmməd gələrək evdə qohumlarımı və anamı təhqir etdi, onları döydüyünü eşitdim. Mən də əsəbləşərək evə getdim və nə baş verdiyini soruşdum. Anam və xalamın qonşumuz Məhəmməd adlı şəxs tərəfindən döyüldüyünü gördüm. Məhəmmədin yanına gedərək evdən çıxmasını tələb etdim, niyə belə etdiyini soruşdum. Məhəmməd isə cavabında mənə çox ağır söyüşlər işlətdi. Məni təhqir etməyə başladı. Həmin həyətin də mənə məxsus olduğunu bildirdi. İlk öncə Məhəmməd yumruq ilə sifətimə vurmağa çalışdı. Mən geri çəkilərək Məhəmmədin sifət nahiyyəsindən bir dəfə güclü yumruqla vurdum. Bu zaman Məhəmməd yerə yıxıldı və ağzı, burnu qanadı. Məhəmmədin ayağından tutaraq darvazadan bayıra, yəni öz həyətimdən kənar məhəlləyə çıxardım. Ona xəbərdarlıq edərək yaşadığım mənzilə geri döndüm. Məhəmmədi sadəcə bir dəfə yumruqla vurmuşam. Bundan başqa ona xəsarət yetirməmişəm”.
İş üzrə zərərçəkmiş Məhəmmədin sözlərinə görə, 2024-cü ilin yanvar ayının əvvəllərində özünə torpaq sahəsi və ya mənzil almaq istəmiş tanışı ona Abşeron Rayonu, Pirəkəşkül ərazisində qaldığını və Köçəri adlı qonşusunun həyət evini satdığını ona deyib: “Həmin ilin yanvar ayında dostum Hüseyn ilə birlikdə Pirəkəşkül adlanan əraziyə gəldim. Orada Köçəri adlı şəxsi tapdım və onunla evin qiyməti barədə söhbətləşdik. Həmin ərazini almaq istədiyimi bildirdim. Biz 16.000 min manata razılaşdıq. Köçəri evlərin sənədsiz olduğu dedi, kommunal ödənişləri mənim adıma keçirdəcəyini və beləliklə də evin mənim olacağını bildirdi. Evə köçdükdən 10 gün sonra Rəsulgilin həyəti ilə öz həyətim arasında arakəsmə olan hasarı tikməyə başladım. Hasarı 18 metr uzunluğunda çəkmək istədim. Bu zaman Köçərinin bacısı oğlu Rəsul hasarın 18 metr yox, 17 metr uzunluğunda tikilməsini istədi. Bu zaman aramızda sözlə mübahisə düşdü. Biz  razılaşdıq, hasarı 17 metr uzunluğunda tikdim. Hasarı tikdikdən sonra Köçərinin bacısı oğlu Rəsul mənim demək olar ki, hər gün mübahisə edib, həmin hasarı sökməyimi istəyib. Həmin evi pul verərək Rəsulun dayısı Köçəridən aldığımı bildirsəm də, Rəsul onlara pul verilmədiyini və evin nənəsinin evi olduğunu bildirdi. Həmin evi heç kəsin sata bilməyəcəyini dedi. Bununla da aramızda mübahisələr yarandı. Rəsul mənim evinə qanunsuz girməyimi bildirərək məni məhkəmə verdi. Bizim aramızda olan ev məsələsinə məhkəmədə xeyrimə həll olundu”. 
Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü səhər saatlarında yaşadığı mənzilin həyətyanı sahəsində olarkən Rəsul ona yaxınlaşıb və ünvanına nalayiq söyüşlər söyüb: “Onun barəsində polisə şikayət etdiyimi bəhanə gətirərək evdən çıxmağımı istədi. O, təhqirləri ilə kifayətlənməyərək heç bir səbəb olmadan məni döydü. Mən də qışqıraraq kömək çağırmağa başladım. Rəsul məni sürüyərək küçəyə gətirdi. Sonra isə oradan getdi”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəsul 1 il 3 ay 28  gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,  cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2025-ci il tarixdən hesablanması müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri