Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Qonşular arasında silahlı insident: Bir nəfər yaralandı

Qonşular arasında silahlı insident: Bir nəfər yaralandı

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Kürdəmir rayonunda 1988-ci il təvəllüdlü Xalid Abdullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1986-cı il təvəllüdlü Rüstəm Məmmədovun yaşadığı  evə gələrək ona odlu silahdan atəş açıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 iyun 2024-cü ildə, gecə saat 00:10-da Kürdəmir rayonunun  Carlı kəndində baş verib. 
Xalid həmin kəndə yaşayan tanışı Rüstəm ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə yaşadığı evdən gətirdiyi ov tüfəngi ilə iki dəfə atəş açaraq ona xəsarətlər yetirib. 
Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əziyyət çəkib barama saxlayıblar, axırda da Rüstəm çörəklərini kəsib və vuraraq dişlərini töküb: “Rüstəm evdən apardığı taxtaları mənə verməli idi. Rüstəmin etdiyi hərəkətlərə görə nə etməli idim. Belə götürəndə də Rüstəmin etdiyi cinayət mənim etdiyim cinayətin yanında daha ağırdır. Rüstəmin mənim dişlərimi qırması ilə bağlı polis şöbəsinə müraciət etməmişəm”.
Təqsirləndirilən şəxs bildirib ki, Rüstəmi vurduğu ov tüfəngi çoxdan onda olub: “Rüstəmi 20 iyun 2024-cü ildə, saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində öz həyətində vurmuşam. Rüstəmlə qonşuluqda yaşamışıq. Gündüz saat 18 radələrində Rüstəmə zəng edərək taxtalarımı istədim. Rüstəm isə taxtalarını verməyəcəyini deyərək məni və ailəmi təhqir etdi. Bundan sonra Rüstəmgilə gedərək onu çağırdım. Lakin Rüstəm evdə olmadı. Sonra isə axşam Rüstəmgilə gedərək onu çağırdım. Rüstəm həyətə düşdükdən sonra silahdan atəş açaraq onu vurdum. Rüstəmi öldürmək fikrim olmayıb. Rüstəm evlərində tək qalıb, ondan başqa evlərində kimsə yaşamayıb. Atəş açmamışdan əvvəl Rüstəm heyva ağacının altına düşdü. Rüstəmə silahı tuşlayaraq vuraram dedim. Rüstəm isə vurmayana söyəcəyini dedi. Rüstəmə iki atəş açdım. Hər iki atəşi Rüstəmin ayaq nahiyəsinə atmışam. Birinci dəfə Rüstəmi çağırmağa gedəndə də əlimdə silah olub. Həmin vaxtı Rüstəm evdə olsaydı vuracaqdım”.
İş üzrə zərərçəkmiş Rüstəmin sözlərinə görə, Xalidlə qonşuluqda yaşayır və onunla münasibətləri normal olub: “1 may 2024-cü ildə Xalidlə birlikdə evimdə barama saxlamağa başladıq. Biz hər gün tezdən saat 6-dan axşam saat 20 radələrinədək baramaya qulluq etmişik. May ayının ortalarında Xalidə sel ilə gələn taxtaların yığıldığı Kür çayının sahilində bir yer tanıdığımı, ona taxtaları gətirərək baramalar üçün yer hazırlamasında kömək etməsini və baramaları satdıqdan sonra isə taxtaları yarı böləcəyimizi dedim. Xalid də mənimlə razılaşdı və arabam ilə gedib taxtaları gətirərək baramalar üçün yer düzəltdik. Həmin ilin iyun ayının 10-da Xalidin yanında kilosunu 15 manatdan ümumi 35 kilo baramanı satdıq. Alıcılar getdikdən sonra Xalidə baramanın kilosunu aramızda 14 manatdan böləcəyimi, hər kilosunda 1 manat pulu alıcını tapan şəxsə verəcəyimi bildirdim. Xalid də bu barədə mənimlə razılaşdı. Bundan 3-4 gün sonra həyətdə Xalidlə yeyib içərkən, Xalid onu nə səbəbə aldatmağımı soruşdu. Mən də onu aldatmadığımı, 35 manat pulu barama alıcısını tapan şəxsə verdiyimi bildirdim. Xalid də yalan danışdığımı deyərək ünvanıma nalayiq söyüşlər söydü”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra ayağa qalxaraq Xalidin qolundan tutub və həyətdən çölə çıxarıb: “Xalid evlərinə getdi. Xalid səhəri gün bizə gələrək nə səbəbə onu vurmağımı soruşdu. Xalidə söyüş söydüyünü, lakin onu vurmadığımı bildirdim. Xalid dişinin sındığını bildirdikdə mən baramanı satdıqda dişlərini düzəltdirəcəyimi bildirmişdim. Xalid də mənimlə razılaşdı. Bundan sonra Xalid eyni qaydada hər gün bizə gəlib baramaya qulluq edib”. 
Rüstəmin ifadəsinə görə, iyunun 19-da, saat 19 radələrində kənd ərazisində olarkən Xalid istifadəsində mobil nömrəyə yığaraq baramanın artıq qurtardığını və qayıq düzəldə bilməsi üçün payına düşən taxtaları verməsini bildirib: “Mın də ona baramanın artıq qurtardığını, lakin evi təmizləmədiyimi və nə vaxt evi təmizləsəm, o zaman taxtaları verəcəyimi bildirdim. Xalid də söyüş söyərək taxtaları məndən alacağını və gəlib tüfənglə məni vuracağını bildirdi. Bundan sonra evə gəldim, işlək olmayan avtomobilimdə oturaraq həm telefonla danışdım, həm də ki, Xalidin gəlməsini gözlədim. Təxminən 1 saat sonra qardaşım Elnurgilin yaşayış olmayan evinə gedərkən Xalid əlində tüfənglə ağacın arxasından qarşıma çıxdı. Xalid tüfəngi mənə tərəf doğrultduqda, mən sağ əlim ilə silahı kənara itələdim və silahdan atəş açıldı. Mənim əlim uyuşsa da, təpiklə Xalidin diz nahiyəsinə vurdum. Bu zaman Xalid geriyə səndəllədim və təkrar atəş edərək ayağımdan vurdu. Bundan sonra  silahı almaq üçün Xalidə tərəf getdim. Lakin mən qaçaraq həyətdən çıxdım. Bundan sonra Xalidin təkrar gələrək məni vurmasından qorxdum, evin arxasına keçdim. Bir müddət sonra isə özümdən getdim. Lakin xəstəxanada öyrəndim ki, silah səsinə gələn kənd camaatı məni xəstəxanaya gətiriblər”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xalid 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Yanvar 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see259

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see243

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see240

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see231

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see231

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see225

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see224

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see221

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see218

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see218

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see216

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see216

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see211

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see200

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see199

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see196

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see191

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see186

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri