Icma.az
close
up
RU
Abşeronda YAPın 32ci ildönümü ilə bağlı tədbir KEÇİRİLDİ

Abşeronda YAPın 32ci ildönümü ilə bağlı tədbir KEÇİRİLDİ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Bakı Mühəndislik Universitetinin rektoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, partiya fəalları, gənclər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad ediblər.

YAP Abşeron Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığını qeyd edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və ideyalarını həyata keçirən partiya xalqımızın siyasi tarixində özünəməxsus yer tutur. Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayan RİH başçısı bildirib ki, YAP bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində siyasi fəaliyyət həyata keçirməkdədir. Abdin Fərzəliyev qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanın nəinki regionda, dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti beynəlxaq aləmin diqqətini ölkəmizə yönəldir, dövlətimizi dünyada söz sahibi edir.

Sonra Milli Məclisin deputatı Ramid Namazov qeyd edib ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik formalaşdırıldı, iqtisadi inkişafın əsası qoyuldu və sonda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa edərək Qarabağı işğaldan azad etdi.

Tədbirdə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Qeyd olunub ki, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək qərarı verildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov çıxış edərək bildiriblər ki, özləri, o cümlədən vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan övladları da YAP üzvü olub. Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində YAP həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği və təşviqində mühüm rol oynayıb. Regionun ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası Azərbaycanın haqlı mövqeyinin ifadə edilməsi, 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinin əsl mahiyyətinin geniş ictimai fikrə çatdırılmasında öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş üzvlərə vəsiqələri təqdim olunub, xatirə şəkili çəkilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilərk yekun vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2024 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri