Icma.az
close
up
RU
Abşeronda Zərifə xanım Əliyevanın 103 illiyi qeyd edilib FOTOLAR

Abşeronda Zərifə xanım Əliyevanın 103 illiyi qeyd edilib FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, Zaur Şükürov və Ramid Namazov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış və akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Zərifə xanım Əliyevanın akademik və ictimai fəaliyyətindən söz açıb. Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu, onun elmi araşdırmalarından sonra ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicə edildiyini vurğulayan RİH başçısı bildirib ki, Zərifə xanım əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsin məhəbbətini qazanmışdır. Xalqımızın daima Zərifə xanım Əliyevanı böyük məhəbbət və sevgi ilə andığını vurğulayan RİH başçısı əlavə edib ki, onun şərəfli taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazılıb.

Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycanımızın, o cümlədən dünya tibb elminin inkişafına böyük töhfələr vermiş, Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə millətimizin, onun övladlarının qayğısına qalıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev Zərifə xanım Əliyevanın tibb  sahəsindəki misilsiz xidmətlərindən danışaraq bildirib ki, akademikin fəaliyyəti nəticəsində ölkəmizdə çoxlu sayda gənc alimlər yetişib. O, Zərifə xanım Əliyevanın ictimai fəaliyyətindən danışaraq qeyd edib ki, o, xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daima gözəl xatirələrlə anılıb.

Sonra çıxış edən Vətən Müharibəsi şəhidi, leytenant İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Təhminə Vəliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıb.

Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri