Icma.az
close
up
RU
Beyləqanda Zərifə Əliyevanın 103 illiyi qeyd olundu

Beyləqanda Zərifə Əliyevanın 103 illiyi qeyd olundu

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Beyləqan Rayon İcra Hakimiyyəti və “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Gənclər Evində baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, “Beyləqan RMX”sı publik hüquqi şəxsin rəhbərliyi və kollektivi, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Beyləqan RİH başçısı Ə. Əzizov tədbiri giriş nitqi ilə açaraq akademik Zərifə Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafında göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və nümunəvi həkim-ziyalı obrazından bəhs edib. O, Zərifə xanımın adının təkcə elmi mühitdə deyil, bütün cəmiyyət üçün mərhəmət, humanizm və peşəkarlıq simvoluna çevrildiyini vurğulayıb.

Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi prosesində dahi rəhbərin ən etibarlı və mənəvi dayaqlarından biri olmuş, bu yüksək mənəvi dəyərlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və humanizm prinsiplərinin daha da güclənməsində öz davamını tapmışdır.

YAP Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, “Beyləqan RMX”sı publik hüquqi şəxsinin direktoru Bayram Muradov və Rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov çıxışlarında Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərindən, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından danışıblar.

Tədbir çərçivəsində Beyləqan RMX-nın həkim əməkdaşları və digərləri də çıxış edib, həmçinin Yuxarı Kəbirli kənd tam orta məktəbinin şagirdlərinin təqdimatında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.












Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri