Icma.az
close
up
RU
ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA KONKRET

ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Dövlət Departamenti torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılan və dələduzluq, xuliqanlıq maddələri ilə haqqında cinayət işi açılan Rüfət Səfərova görə “dərin narahatlıq” keçirdiklərini bəyan edib. Dövlət Departamenti bildirir ki, “məsələni yaxından izləyirlər”. Bu bəyanat qəribə paradoks yaradır: ABŞ xarici siyasət idarəsinin işi-gücü bitib ki, Azərbaycanda torpaq alqı-satqısına görə baş vermiş məişət hadisəsini izləyir və buna görə “dərin narahatlıq” keçirir?!

Aydındır ki, Bayden Administrasiyası üçün məsələ torpaq alqı-satqısı yox, Rüfət Səfərovun saxlanılmasıdır. Onlar üçün maraqlı deyil ki, Rüfət Səfərov hansı qanunu pozub, əgər saxlanılıbsa, deməli “düz edib”.

Qərb siyasətində digər ölkələrə münasibətdə belə yanaşma artıq adət halını alıb. Lakin yenə də sual yaranır: Rüfət Səfərov ABŞ kimi böyük dövlətin xarici siyasət idarəsi üçün niyə bu qədər əhəmiyyətli olmalıdır?

Axı “hüquq müdafiəçisi” adı altında çalışan bu şəxsin ən böyük fəaliyyəti sosial şəbəkələrdə post paylaşmaq və bunu qrant verən təşkilatlarına gördüyü iş olaraq göndərməkdən ibarətdir.

Maraqlıdır ki, Dövlət Departamenti Rüfət Səfərovu “insan haqları sahəsindəki fəaliyyətinə görə” mükafata layiq görülüb. Rüfət Səfərov bu mükafatı almaq üçün ABŞ-a gedəcəkmiş və mükafatı ona dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş. Bu məqam artıq çox şeydən xəbər verir. Çünki Rüfət Səfərovu ölkədə atası Eldar Sabiroğluna görə tanıyırlar, onun nəinki “insan haqları sahəsində” fəaliyyəti, ümumiyyətlə normal ictimai fəaliyyəti belə yoxdur. Buna rəğmən, ABŞ Dövlət Departamentinin onu mükafatlandırması və mükafatı Blinkenin təqdim edəcəyi təsadüfi deyil.

ABŞ-ın “yeni sima” axtarışı…

Azərbaycan siyasətində Prezident İlham Əliyevin alternativi olmadığı hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Vətən müharibəsindəki tarixi qələbədən sonra bu reallıq bir qədər də gücləndi. Sirr deyil ki, ölkənin siyasi düşərgəsində mövcud olan qüvvələrin heç biri Prezident İlham Əliyevə opponentlik belə edə bilməz. Buna görə Bayden Administrasiyası öz kəşfiyyat orqanları və Azərbaycandakı səfirliyinə alternativ təkliflər hazırlamağı tapşırıb. Məqsəd ölkədə yeni “siyasi fiqur”ların tapılması və hazırlanmasıdır.

Rüfət Səfərov ABŞ tərəfindən irəli sürülən “yeni sima”lardan biridir. Vaxtilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Bəxtiyar Hacıyevi ənənəvi müxalifətə alternativ kimi irəli sürmüşdü, indi görünür, Blinken “yeni sima” planını Rüfət Səfərov üzərindən etməyi planlaşdırıbmış.

Lakin bir sual açıq qalır, niyə məhz Rüfət Səfərov?

Bunun səbəbləri daha dərindədir. Belə ki, Rüfət Səfərovun Qərblə münasibətlərinin tarixi onun hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dövrlərə gedib çıxır. O zaman nazirlikdə mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Səfər Əbiyevin yaxın adamı sayılırdı. Səfər Əbiyevi Rusiyaya yaxın adam kimi təqdim etsələr də, əslində o, Qərblə yaxın təmas qurmuşdu. Azərbaycan Ordusunun güclənməsinə və Ermənistan ordusunu üstələməsinə imkan verməyən Səfər Əbiyev Qərbin bəzi dairələrindən aldığı təlimatlar əsasında işləyirdi. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Səfər Əbiyev məhz Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilən Çexiyaya üz tutdu və deyilənə görə, bu ölkənin vətəndaşlığını da alıb.

Səfər Əbiyev vəzifədə olarkən Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu prokurorluq orqanlarına daxil edə bilmişdi. Çünki Səfər Əbiyevin ən çox çəkindiyi orqan prokuroqluq idi. Görünür, sabiq müdafiə naziri öz adamlarını sistemə daxil etməklə “əlini gücləndirməyə” çalışırmış. Rüfət Səfərovun Bayden Administrasiyasının diqqətini cəlb etməsinin səbəblərindən biri də məhz budur.

Məxfi görüş və alt-üst olan planlar…

Mediada yayılan məlumatlara görə, son vaxtlar ABŞ kəşfiyyat xidmətləri və Azərbaycandakı səfirliyin məsləhətləşmələrindən sonra Rüfət Səfərova xüsusi diqqət göstərmək qərara alınıb və onun siyasi portretinin hazırlanmasına başlanılıb. Rüfət Səfərovun xarizmatik lider xüsusiyyətlərinin, arxasınca kütləni aparacaq gücünün olmaması, pula meylliliyi, impulsivliyi və s. baxmayaraq, “pislər arasında ən yaxşısı” seçimi edilib və ona “stavka” etmək qərara alınıb. Rüfət Səfərovla bağlı qərar verildikdən sonra isə ABŞ səfirliyinin əməkdaşları ilə onun görüşləri xüsusi məxfi şəraitdə olub, hətta, ona adi mobil telefondan istifadə qadağan edilib və xüsusi rabitə imkanı yaradılıb, böyük həcmdə maliyyə ayrılıb.

Rüfət Səfərovun “geniş publikaya təqdimatı” ABŞ-da Blinkenin şəxsən ona mükafat təqdim etməsi ilə olmalı idi. Etibarı mənbənin dediyinə görə, Rüfət Səfərova hələlik hökumətlə konfrantasiyaya getməmək tapşırığı verilmişdi. Çünki plana görə, Bayden Administrasiyasının mükafatından sonra o “daha güclü” olacaqdı və Dövlət Departamenti ona tam dəstək verəcəkdi. Bundan sonra onun ətrafında “əfsanə” hazırlanmalı, siyasi portreti, informasiya dəstəyi, maliyyə sxemləri işə salınmalı idi. Lakin görünür ki, bu seçimi edənlər Rüfət Səfərovun dələduzluq mahiyyətini tam nəzərə almayıb. Belə demək mümkünsə, Bayden Administrasiyasının Rüfət Səfərovun bağlı qurduğu planlar alt-üst oldu. ABŞ Dövlət Departamentinin Rüfət Səfərovun saxlanılması isterik reaksiyası da bundan qaynaqlanır./demokrataz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see131

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see110

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri