Icma.az
close
up
RU
Azərbaycan şirkəti ilə bağlı Gürcüstanda SENSASİYA: Saxtakarlıq belə üzə çıxdı

Azərbaycan şirkəti ilə bağlı Gürcüstanda SENSASİYA: Saxtakarlıq belə üzə çıxdı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. İttiham olunanlar arasında Gürcüstan Avtomobil Yolları Departamenti sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da var.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalist bildirir ki, istintaqın məlumatına əsasən körpü layihəsi zamanı gündəlik nəzarət Gürcüstanın Avtomobil Yolları Departamentinin üzərinə düşsə də, faktiki olaraq bu nəzarət həyata keçirilməyib:

“Layihənin icrası dövründə nəzarətçi beynəlxalq şirkətin heç bir səlahiyyətli eksperti Gürcüstanda olmayıb, buna baxmayaraq, tikinti işlərinə dair saxta icra aktları təsdiqlənib.

Bildirilir ki, tikinti yerində heç vaxt olmayan beynəlxalq ekspert, tikinti şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş saxta sənədləri imzalayıb. Həmin sənədlər Avtomobil Yolları Departamentinin o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də təsdiqlənib. Bu aktlar əsasında, guya göstərilmiş xidmətlərə görə, 1 milyon 172 min 539 lari məbləğində vəsait köçürülüb.

Prokurorluğun məlumatına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari vəsaiti mənimsəyib, nəticədə isə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Ümumilikdə dövlət büdcəsinə dəyən zərər 16 milyon larini ötüb.

Keçmiş sədr müavini Levan Kupataşviliyə qarşı

— vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi

maddələri ilə ittiham irəli sürülüb. Onu 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Akkord” şirkətinin direktoru və layihə menecerlərinə, həmçinin beynəlxalq konsorsiumun qrup rəhbəri–baş mühəndisinə qiyabi qaydada

— külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsi,

— saxta sənədlərin hazırlanması

ittihamları irəli sürülüb. Bu maddələr üzrə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İş üzrə istintaq davam edir və digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri