Icma.az
close
up
RU
ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA

ABŞın Azərbaycanla bağlı məxfi planı üzə çıxdı SENSASİYA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Dövlət Departamenti torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılan və dələduzluq, xuliqanlıq maddələri ilə haqqında cinayət işi açılan Rüfət Səfərova görə “dərin narahatlıq” keçirdiklərini bəyan edib. Dövlət Departamenti bildirir ki, “məsələni yaxından izləyirlər”. Bu bəyanat qəribə paradoks yaradır: ABŞ xarici siyasət idarəsinin işi-gücü bitib ki, Azərbaycanda torpaq alqı-satqısına görə baş vermiş məişət hadisəsini izləyir və buna görə “dərin narahatlıq” keçirir?!
Aydındır ki, Bayden Administrasiyası üçün məsələ torpaq alqı-satqısı yox, Rüfət Səfərovun saxlanılmasıdır. Onlar üçün maraqlı deyil ki, Rüfət Səfərov hansı qanunu pozub, əgər saxlanılıbsa, deməli “düz edib”. 
Qərb siyasətində digər ölkələrə münasibətdə belə yanaşma artıq adət halını alıb. Lakin yenə də sual yaranır: Rüfət Səfərov ABŞ kimi böyük dövlətin xarici siyasət idarəsi üçün niyə bu qədər əhəmiyyətli olmalıdır? 
Axı “hüquq müdafiəçisi” adı altında çalışan bu şəxsin ən böyük fəaliyyəti sosial şəbəkələrdə post paylaşmaq və bunu qrant verən təşkilatlarına gördüyü iş olaraq göndərməkdən ibarətdir. 
Maraqlıdır ki, Dövlət Departamenti Rüfət Səfərovu “insan haqları sahəsindəki fəaliyyətinə görə” mükafata layiq görülüb. Rüfət Səfərov bu mükafatı almaq üçün ABŞ-a gedəcəkmiş və mükafatı ona dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş. Bu məqam artıq çox şeydən xəbər verir. Çünki Rüfət Səfərovu ölkədə atası Eldar Sabiroğluna görə tanıyırlar, onun nəinki “insan haqları sahəsində” fəaliyyəti, ümumiyyətlə normal ictimai fəaliyyəti belə yoxdur. Buna rəğmən, ABŞ Dövlət Departamentinin onu mükafatlandırması və mükafatı Blinkenin təqdim edəcəyi təsadüfi deyil.

ABŞ-ın “yeni sima” axtarışı...
Azərbaycan siyasətində Prezident İlham Əliyevin alternativi olmadığı hər kəs tərəfindən qəbul edilən həqiqətdir. Vətən müharibəsindəki tarixi qələbədən sonra bu reallıq bir qədər də gücləndi. Sirr deyil ki, ölkənin siyasi düşərgəsində mövcud olan qüvvələrin heç biri Prezident İlham Əliyevə opponentlik belə edə bilməz. Buna görə Bayden Administrasiyası öz kəşfiyyat orqanları və Azərbaycandakı səfirliyinə alternativ təkliflər hazırlamağı tapşırıb. Məqsəd ölkədə yeni “siyasi fiqur”ların tapılması və hazırlanmasıdır.
Rüfət Səfərov ABŞ tərəfindən irəli sürülən “yeni sima”lardan biridir. Vaxtilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Bəxtiyar Hacıyevi ənənəvi müxalifətə alternativ kimi irəli sürmüşdü, indi görünür, Blinken “yeni sima” planını Rüfət Səfərov üzərindən etməyi planlaşdırıbmış.

Lakin bir sual açıq qalır, niyə məhz Rüfət Səfərov?
Bunun səbəbləri daha dərindədir. Belə ki, Rüfət Səfərovun Qərblə münasibətlərinin tarixi onun hələ Səfər Əbiyevin müdafiə naziri olduğu dövrlərə gedib çıxır. O zaman nazirlikdə mətbuat xidmətinə rəhbərlik edən atası Eldar Sabiroğlu Səfər Əbiyevin yaxın adamı sayılırdı. Səfər Əbiyevi Rusiyaya yaxın adam kimi təqdim etsələr də, əslində o, Qərblə yaxın təmas qurmuşdu. Azərbaycan Ordusunun güclənməsinə və Ermənistan ordusunu üstələməsinə imkan verməyən Səfər Əbiyev Qərbin bəzi dairələrindən aldığı təlimatlar əsasında işləyirdi. Təsadüfi deyil ki, vəzifədən çıxarıldıqdan sonra Səfər Əbiyev məhz Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilən Çexiyaya üz tutdu və deyilənə görə, bu ölkənin vətəndaşlığını da alıb. 
Səfər Əbiyev vəzifədə olarkən Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovu prokurorluq orqanlarına daxil edə bilmişdi. Çünki Səfər Əbiyevin ən çox çəkindiyi orqan prokuroqluq idi. Görünür, sabiq müdafiə naziri öz adamlarını sistemə daxil etməklə “əlini gücləndirməyə” çalışırmış. Rüfət Səfərovun Bayden Administrasiyasının diqqətini cəlb etməsinin səbəblərindən biri də məhz budur.

Məxfi görüş və alt-üst olan planlar...
Mediada yayılan məlumatlara görə, son vaxtlar ABŞ kəşfiyyat xidmətləri və Azərbaycandakı səfirliyin məsləhətləşmələrindən sonra Rüfət Səfərova xüsusi diqqət göstərmək qərara alınıb və onun siyasi portretinin hazırlanmasına başlanılıb. Rüfət Səfərovun xarizmatik lider xüsusiyyətlərinin, arxasınca kütləni aparacaq gücünün olmaması, pula meylliliyi, impulsivliyi və s. baxmayaraq, “pislər arasında ən yaxşısı” seçimi edilib və ona “stavka” etmək qərara alınıb. Rüfət Səfərovla bağlı qərar verildikdən sonra isə ABŞ səfirliyinin əməkdaşları ilə onun görüşləri xüsusi məxfi şəraitdə olub, hətta, ona adi mobil telefondan istifadə qadağan edilib və xüsusi rabitə imkanı yaradılıb, böyük həcmdə maliyyə ayrılıb. 
Rüfət Səfərovun “geniş publikaya təqdimatı” ABŞ-da Blinkenin şəxsən ona mükafat təqdim etməsi ilə olmalı idi. Etibarı mənbənin dediyinə görə, Rüfət Səfərova hələlik hökumətlə konfrantasiyaya getməmək tapşırığı verilmişdi. Çünki plana görə, Bayden Administrasiyasının mükafatından sonra o “daha güclü” olacaqdı və Dövlət Departamenti ona tam dəstək verəcəkdi. Bundan sonra onun ətrafında “əfsanə” hazırlanmalı, siyasi portreti, informasiya dəstəyi, maliyyə sxemləri işə salınmalı idi. Lakin görünür ki, bu seçimi edənlər Rüfət Səfərovun dələduzluq mahiyyətini tam nəzərə almayıb. Belə demək mümkünsə, Bayden Administrasiyasının Rüfət Səfərovun bağlı qurduğu planlar alt-üst oldu. ABŞ Dövlət Departamentinin Rüfət Səfərovun saxlanılması isterik reaksiyası da bundan qaynaqlanır.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri