ABŞın Böyük Britaniyadakı hərbi bazalarını dron hücumlarından qorumaq üçün qoşunlar yerləşdirilib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın İngiltərədəki bir neçə hərbi bazasının üzərində naməlum dronlar müşahidə edilib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb. Bu məqsədlə Böyü Britaniya hərbçiləri əlavə qüvvələr yerləşdirib. Qeyd olunub ki, son bir həftə ərzində üç bazanın yaxınlığında müəyyən edilməmiş bir neçə dronun uçması ilə bağlı hadisələr qeydə alınıb.
Bu təhdidləri dəf etmək üçün Kral Hərbi Hava Qüvvələri (RAF) polkunun təhlükəsizlik üzrə ixtisaslaşmış personalı üç hərbi bazada yerləşdirilib.
Onlar hava məkanını qorumaq üçün “Orcus” adlanan sistemdən istifadə edəcəklər. Bu sistem dronları aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdə onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.
ABŞ Hərbi Hava Qüvvələri isə bu üç baza üzərində hava məkanını monitorinq etməyə davam edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Noyabr 2024 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















