Tramp biznesmen Stivensi ABŞın Böyük Britaniyadakı səfiri vəzifəsinə irəli sürüb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Stephens Inc” investisiya şirkətinin rəhbəri Uorren Stivensi ölkənin Böyük britaniyadakı səfiri vəzifəsinə namizəd göstərəcəyini bildirib.
APA xəbər verir ki, Tramp bu haqda “Truth” sosial şəbəkəsində məlumat verib.
“Ölkənin ən uğurlu iş adamlarından biri olan Uorren Stivensin ABŞ-ın Sent-Ceyms sarayında səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü bildirməkdən məmnunluq duyuram. Bu rolda o, Birləşmiş Krallıqdakı təmsilçimiz olacaq”, - deyə o bildirib.
Trampın sözlərinə görə 67 yaşlı Stivens Vaşinqtonu ABŞ-ın ən dəyərli müttəfiqlərindən biri olan ölkədə təmsil edəcək.
Qeyd edək ki, ABŞ-da diplomatik nümayəndəliklərin rəhbərləri vəzifələrinə prezidentin təklif etdiyi namizədlər əvvəlcə Senat tərəfindən təsdiqlənməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Dekabr 2024 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















