ABŞın Böyük Britaniyadakı hərbi bazalarını dron hücumlarından qorumaq üçün qoşunlar yerləşdirilib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 27 noyabr, AZƏRTAC
ABŞ-ın İngiltərədəki bir neçə hərbi bazasının üzərində naməlum dronlar müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb. Bu məqsədlə Böyü Britaniya hərbçiləri əlavə qüvvələr yerləşdirib. Qeyd olunub ki, son bir həftə ərzində üç bazanın yaxınlığında müəyyən edilməmiş bir neçə dronun uçması ilə bağlı hadisələr qeydə alınıb.
Bu təhdidləri dəf etmək üçün Kral Hərbi Hava Qüvvələri (RAF) polkunun təhlükəsizlik üzrə ixtisaslaşmış personalı üç hərbi bazada yerləşdirilib.
Onlar hava məkanını qorumaq üçün “Orcus” adlanan sistemdən istifadə edəcəklər. Bu sistem dronları aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdə onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.
ABŞ Hərbi Hava Qüvvələri isə bu üç baza üzərində hava məkanını monitorinq etməyə davam edəcəyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2024 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















