Abubakar bu mövsüm Neftçi yə nə dərəcədə faydalı olacaq? İdman jurnalistləri səs küylü transferi şərh etdilər
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Neftçi" futbol klubunun transfer etdiyi kamerunlu hücumçu Vensan Abubakar bir neçə gün öncə Bakıya gəlib. Məşhur futbolçunu Heydər Əliyev Beynəlxalq Hava Limanında "Neftçi"nin azarkeşləri coşqu ilə qarşılayıblar.
"Portu", "Ən-Nəsr", "Beşiktaş", "Hatayspor" kimi klublarda forma geyinən oyunçu "Neftçi"yə çempionluq üçün gəldiyini də qeyd edib. Maraqlıdır, görəsən, Abubakar bu mövsüm "Neftçi"yə nə dərəcədə faydalı olacaq?
İdman jurnalisti Xanoğlan İmanovun sözlərinə görə, Abubakar "Neftçi"nin gücünə güc qatacaq: "Komanda Abubakar kimi ulduz futbolçunu heyətinə qatdı. Bu transfer barədə fikirlər müxtəlifdir: onu bəyənənlər də var, bəyənməyənlər də. Abubakarın kluba faydalı olub-olmadığını isə oyun meydanında görəcəyik".
Qeyd edək ki, sonuncu dəfə Türkiyə Superliqasında çıxış edən 33 yaşlı hücumçu "Hatayspor"un heyətində keçirdiyi 25 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
"Abubakar bu mövsüm "Neftçi"yə nə dərəcədə faydalı olacaq?" - İdman jurnalistləri səs-küylü transferi şərh etdilər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















