AÇ: Azərbaycanın yeniyetmə cüdoçuları ikinci gündə medal qazana bilmədilər
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının ikinci günündə medal qazana bilməyiblər.
Fanat.Az xəbər verir ki, mübarizəyə bu gün qoşulan 7 idmançımızdan heç biri mükafatçılar siyahısına düşməyib.
Əli Hümbətov (66 kq), Ayxan Həsənli, Səid Şərifov (hər ikisi 73 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (52 kq), Səmayə Yusifli (57 kq) və Ayan Əliyeva (63 kq) ilkin mərhələlərdə rəqiblərinə məğlub olublar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün Avropa çempionatında 6 medal əldə ediblər. Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) isə bürünc medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















