AÇ: Daha 2 boksçumuz mərhələ adlayıb
Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Edqaras Skurdelislə (Litva) döyüşüb. Boksçumuz hakimlərin yekdil qərarı ilə qalib gəlib – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, ikinci cəhdində – sentyabrın 21-də ilk mərhələdən azad olan Ayder Abduraimovla (Ukrayna) qüvvəsini sınayacaq.
Malik Həsənov (65 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz ilk döyüşündə Bilge Kağan Kanlıdan (Türkiyə) güclü olub – 5:0 (30:25, 30:27, 30:27, 30:27, 30:27). Həsənov 1/8 finalda ilk mərhələdən azad olan Rumen Rumenovla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş sentyabrın 20-nə təsadüf edəcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək U-15 Azərbaycan kubokunun qalibləri müəyyənləşib Boksçularımız Türkiyə və Belarus milliləri ilə birgə hazırlıq keçəcək Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək Boksçularımız Türkiyəyə yollanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Sentyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















