Icma.az
close
up
RU
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi FOTOLAR

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi FOTOLAR

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsində 150  azərbaycanlı uşağa ödənişsiz tibbi müayinə və sağlamlıq xidmətləri göstərilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin (TAHD) təşkilatçılığı ilə keçirilən sosial aksiya İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək məqsədi daşıyıb.

Tədbir çərçivəsində peşəkar həkim heyətinin iştirakı ilə uşaqlara pediatriya, qulaq-burun-boğaz, stomatologiya, oftalmologiya və nitq terapiyası sahələri üzrə tibbi xidmətlər göstərilib. Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyevin təşkilatçılığı və dəstəyi ilə səyyar laboratoriya da qurulub.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirib ki, layihənin əsas məqsədi İstanbulda yaşayan, tibbi sığortası olmayan və maddi imkanları məhdud azərbaycanlı ailələrin övladlarının keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışını təmin etməkdir.

O vurğulayıb ki, aztəminatlı ailələrin uşaqlarına tibbi xidmət göstərilməsi yalnız sosial dəstək deyil, həm də Azərbaycanın gələcəyinə qoyulan mühüm sərmayədir. Hər bir uşağın sağlam böyüməsinin həm ailələr, həm də bütövlükdə cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Məmmədzadə belə layihələrin dövlətimizin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğının əməli təzahürü olduğunu bildirib.

Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin sədri, invaziv nevroloq və insult mütəxəssisi Uzman Dr. Vüqar Cəfər çıxışında iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, Zəfər Gününün sevincini Türkiyədə yaşayan azərbaycanlı uşaqlara sağlamlıq xidməti göstərməklə qeyd etməyin xüsusi məna daşıdığını vurğulayıb.

Dr. Vüqar Cəfər uşaqların sağlamlığı naminə könüllü şəkildə öz peşə bilik və təcrübələrini əsirgəməyən həkimlərə təşəkkürünü bildirib. O, həmçinin Azərbaycan Diaspor Komitəsinə, TADEF-ə, Federasiyanın sədr müavini Pərviz Məmmədzadəyə, səyyar laboratoriyanın qurulmasına dəstək verən Gənc Azərbaycanlılar Dərnəyinə minnətdarlığını ifadə edib.

Uşaqların vitamin kompleksləri ilə təmin olunmasına görə Vefa İlaç şirkətinin rəhbəri Xələddin Quliyevə də xüsusi təşəkkür bildirən Dr. Cəfər bu cür dəstəklərin layihənin sosial əhəmiyyətini daha da artırdığını qeyd edib.

Gənc Azərbaycanlılar Dərnəyinin sədri Sənan Quliyev çıxışında uşaqların sağlamlığına yönələn hər bir təşəbbüsün əslində Vətənin gələcəyinə xidmət etdiyini bildirib və bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Layihənin həyata keçirilməsində Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə yanaşı, müxtəlif tibb müəssisələrində çalışan azərbaycanlı həkimlər də iştirak ediblər.

Tibbi aksiyada Medicana Xəstəxanasının ümumi cərrahı  Doç. Dr. Amil Hacıyev, Bahçelievler Semt Poliklinikasının stomatoloqu Uzman Dr. Ruslan Ağasıyev, qulaq-burun-boğaz mütəxəssisi Uzman Dr. Musa Musayev, İstanbul üniversitesi Cerrahpaşa Tibb fakültesi kulak burun boğaz asistan doktoru Elvin Hümbətli, Medicana Beylikdüzü Xəstəxanasının hekimi Dr. Şahin Dehqani, pediatr Uzman Dr. Nigar Tağızadə, İstanbul çapa tıp fakültesinden nöroloji asistan doktoru  Zəhra Hacıyeva, dil və danışıq terapevti Uzman Dr. Nuriyyə Novruzova, göz xəstəlikləri üzrə mütəxəssis Uzman Dr. Ülviyyə Əsgərova, pediatrlar Uzman Dr. Aygül Nəbəliyeva və Uzman Dr. Üzeyir İsmayılzadə iştirak ediblər.Layihə bir daha göstərib ki, Azərbaycan–Türkiyə qardaşlığı yalnız siyasi və mədəni münasibətlərlə məhdudlaşmır. Bu birlik həm də qarşılıqlı qayğı, sosial məsuliyyət və soydaşlarımıza əməli dəstək kimi dəyərlərlə möhkəmlənir. Zəfər Gününə həsr olunan bu təşəbbüs uşaqların sağlam gələcəyinə, diaspor həmrəyliyinə və milli birliyimizin gücləndirilməsinə xidmət edən əhəmiyyətli bir nümunədir.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Noyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri