Icma.az
close
up
RU
“Aç qoynunu, anam, gəldim”

“Aç qoynunu, anam, gəldim”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış şair Əlisəmid Kür (Cəfərli) də ömrünün 71-ci ilində işıqlı dünyaya əlvida deyib getdi.

Bir aya yaxın idi ki, media və sosial şəbəkələrdə onun səhhətində problem yarandığı üçün Respublika Klinik Xəstəxanasında müalicəyə götürüldüyü ilə bağlı məlumatlar verilirdi. Dünən səhər isə eşitdik ki, şair dünyasını dəyişib.

Elə dünən “Facebook”da Ülviyyə Heydərovanın belə bir qeydini oxuduq ki, şairin oğlu – aktyor Qorqud Cəfər onun şeirlərini öz ifasında çəkib və “YouTube” kanalında yerləşdirib. Ardınca müəllif Allahdan şairə sağlıq diləyirdi: “Əlisəmid müəllim, Bakının küləkli küçələri sizin üçün darıxır...”. Bir də şərh bölümündə Əlisəmid Kürün məşhur bir misrasını xatırlatmışdıq:

İçərişəhərdən keçən küləyə
Yüyürdüm, yüyürdüm, çata bilmədim...

Bu gün isə səhəri bəd xəbərlə açdıq. Poeziyamızda onun adı ilə coşğun bir Kür öz axınını dayandırdı. Sən demə, “Gecələr qanadını qanadına vurub uçurdu ucalığa”... Beləcə, Tanrı dərgahına yetişdi Əlisəmid Kür.

İstedadlı qələm dostumuzun “Xoşqədəmli” adlı ilk şeiri 46 il əvvəl “Azərbaycan gəncləri” qəzetində çap olunub. Sonra adına, imzasına layiq yazıları ilə özünün “Uğurlu yol”unu özü yazıb. Hələ heç bir kitabı çıxmamış, istedadının etirafı olaraq, Yazıçılar İttifaqına üzv qəbul edilib. “Rəngli kölgələr” (1989), “Əlisəmid və qırx tanış üz” (1991), “Kentavr” (1995), “Çaylar məcrasından çıxanda” (2004), “Tənha kentavr” (2024) kitabları ilə ard-arda ədəbi tənqidin, necə deyərlər, zəndini doğruldub. Onun mətbuatda çıxan hər şeiri, nəşriyyatlarda çap olunan hər kitabı ədəbi cameəyə səs salır, poetik duyğu və düşüncələri dillərdə gəzirdi. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdu, xarici almanaxlarda, ədəbi dərgilərdə dərc edilirdi. 20 il ərzində dünyanın bir çox şəhərlərində keçirilən şeir toplantılarında Əlisəmid Kür Azərbaycanı layiqincə təmsil edib.

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda...

Əlisəmid Kür 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. Orada 3 saylı orta məktəbi fərqlənmə attestatı ilə, sonra isə İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Dövlət Teleradio Verilişləri Komitəsində, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Teatr Muzeyində, Dövlət Tərcümə Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1991–1994-cü illərdə “Yol” bədii-publisistik qəzetinin baş redaktoru olub. Son dövrlərə qədər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı dərgisinin məsul katibi idi.

Şair təpədən-dırnağa milli ruh daşıyıcısı idi. Deyirdi: “Xoşbəxtəm ki, əsgərlərimiz Şuşaya girəndə mənim şeirimi səsləndiriblər. Araz Elsəs şeirimə mahnı bəstələyib, bax, onu oxuyublar. Həm də ona görə xoşbəxtəm ki, bu şeiri hər dəfə Təbrizin “Traktorsazi” stadionunda on minlərlə soydaşımız coşqu ilə səsləndirir”.

O, siyasətdən uzaq adam idi. Amma bəzən könlünü güldürən hadisələrə bir şair kimi biganə qala bilmirdi. Məsələn, Azərbaycanın 44 günlük “Zəfər yürüşü” münasibətilə belə misralar yazdı:

Mən burdayam, gəlmişəm! –
Belə demişdi Əmir Teymur,
Firdovsinin məzarı başında.
Belə dedi Ali Baş Komandan,
Dağıdılmış Ağdam məscidinin qarşısında –
Mən burdayam, gəlmişəm!..

Əlisəmid Kür dünən Salyanda torpağa tapşırılıb. Onun illər öncə Təbrizdə bir kitabı nəşr edilmişdi – “Sonuncu dua”. Düşünürük ki, şeirlərinin birində “Hamı iftar açır günah içində” misrasının da yer aldığı şairin dəfn günü məzarı başında səslənən dualar sonuncu olmayacaq. Dostları, yaxınları, oxucuları onun ruhuna daim dualar oxuyacaqlar...

Artıq haqq dünyasında mərhum anasının ruhunu qucaqlayan Əlisəmid Kür daha kürlük eləmir. Sadəcə deyir:

Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.

Əli NƏCƏFXANLI
XQ

Kentavr

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə kentavrları xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi…

Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…
“Mersedes” gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır,
ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara qaçırsan, KENTAVR?
– Kimdən qaçırsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!

Əlisəmid KÜR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see315

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see290

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see280

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see274

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see259

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see248

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see245

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see245

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see242

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see237

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see226

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see225

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see218

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see212

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see211

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see207

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see200

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see174

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri