Icma.az
close
up
RU
Bakıda plan dəyişir: Söküntülər bu əraziləri əhatə edəcək

Bakıda plan dəyişir: Söküntülər bu əraziləri əhatə edəcək

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planının icrası çərçivəsində paytaxtın nəqliyyat infrastrukturunun yenidən qurulması, köhnə yaşayış fondunun yenilənməsi və sosial zonaların genişləndirilməsi məqsədilə irimiqyaslı söküntü və abadlıq mərhələsinə start verilir. Baş Plana uyğun olaraq, şəhərin tarixi mərkəzindən tutmuş kənar qəsəbələrinə qədər bir çox rayonda istismar müddətini bitirmiş və rəsmi aktla təsdiqlənmiş qəzalı binaların, eləcə də infrastruktur layihələrinin keçəcəyi zonalardakı tikililərin sökülməsi planlaşdırılır. İlkin mərhələdə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən məşhur tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin köçürülməsi gündəmdədir. Paralel olaraq Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında aktiv proses gözlənilir. “Təzəpir” məscidi ətrafı, Zərgərpalan küçəsi, Bayıl qəsəbəsi istiqamətindəki fərdi evlər, habelə Ceyhun Hacıbəyli küçəsində, 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) ətrafında salınacaq yeni tramvay xəttinin trayektoriyasına düşən tikililər plana daxil edilib. Həmçinin Qış Parkının genişləndirilərək Nizami küçəsi ilə əlaqələndirilməsi layihəsi də mərkəzdəki söküntüləri sürətləndirəcək. Bu nəhəng köçürülmə fonunda vətəndaşları ən çox düşündürən əsas məsələ isə mənzil bazarındakı bahalaşma fonunda veriləcək kompensasiyaların həcmi və ödəniş mexanizmidir.

NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abuşov qeyd edib ki, Bakının müasirləşməsi və Baş Planın icrası qaçılmaz olsa da, söküntü zamanı vətəndaşlara ödənilən maliyyə vəsaitlərinin hesablanma qaydasında köklü islahatlara ehtiyac var: “Hazırda paytaxtda, xüsusən də Yasamal rayonu ərazisində bəzi layihələr üzrə kompensasiya məbləğinin hər kvadratmetr üçün əvvəlki 1500 manatdan 2700 manata qədər yüksəlməsi müsbət dinamikadır. Lakin mövcud bazar reallıqları fonunda bu rəqəm də mərkəz zonalarında sakinlərin eyni ərazidə mənzil tapmasına yetərli olmaya bilər. Qanunvericiliyə və şəffaflıq prinsiplərinə əsasən, kompensasiya məbləği hansısa inzibati icra qurumu tərəfindən birtərəfli və vahid şəkildə müəyyən edilməməlidir. Qiymətləndirmə prosesi tamamilə müstəqil qiymətləndirici şirkətlər tərəfindən, ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ qanuna uyğun aparılmalı və hər bir mülkün fərdi xüsusiyyətləri, yerləşdiyi infrastruktur mühiti mütləq nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, sakinlərin sosial təhlükəsizliyini qorumaq üçün ödənişlər sökülən əmlakın deyil, ərazinin gələcək dəyəri əsas götürülməklə həyata keçirilməlidir: “Ədalətli və sosial tarazlığı qoruyan ən doğru yanaşma ondan ibarətdir ki, söküntü aparılan zonada kompensasiya hesablanarkən həmin binanın köhnə bazar dəyəri yox, onun ən azı bir kilometrlik radiusunda yerləşən yeni tikililərdəki mənzillərin bir kvadratmetrinin faktiki satış qiyməti əsas götürülsün. Dövlət tərəfindən vətəndaşa elə bir maliyyə paketi və ya mənzil təminatı təklif olunmalıdır ki, sakinlər illərdir yaşadıqları, vərdiş etdikləri mərkəzi ərazilərdən şəhərin ucqarlarına köçmək məcburiyyətində qalmasınlar. Xüsusilə kiçik sahəyə malik mənzil sahibləri üçün kvadratmetr hesabı deyil, birbaşa otaq sayı ekvivalenti tətbiq edilməli, yaxud onlara yaxın zonalarda tikilən yeni binalardan hazır təmirli mənzillər təklif olunmalıdır. Yalnız bu halda söküntü prosesi həm şəhərsalma layihələrinin sürətli icrasına xidmət edər, həm də əhali arasında yarana biləcək kütləvi narazılıqların və sosial disbalansın qarşısını birdəfəlik alar”.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://dogru.az
archiveBu xəbər 06 İyun 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri