Icma.az
close
up
RU
AccessBank fərdi bankçılıqda güclənir: VIP seqmentində 70% lik artım MÜSAHİBƏ

AccessBank fərdi bankçılıqda güclənir: VIP seqmentində 70% lik artım MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Müştərilərimizin zamanının nə qədər dəyərli olduğunu çox yaxşı bilirik. AccessBank olaraq onların işlərini asanlaşdıran, vaxt və enerji itkisini minimuma endirən fərdi həllər təklif edirik. Detalları düşünür, prosesləri optimallaşdırır və gündəlik qayğıları yüngülləşdirmək üçün çalışırıq.

VIP Club üzvlüyü –sadəcə status deyil, bu, fərdi yanaşma, yüksək səviyyəli xidmət və etibarlı tərəfdaşlıq deməkdir. Bu yanaşmanın nəticəsidir ki, son iki ildə AccessBank-ın VIP müştəri seqmentində ciddi artım müşahidə olunub.

"APA-Economics" AccessBank-da “VIP Club”-un rəhbəri Vüsalə Həsənova ilə müsahibəni təqdim edir.

- VIP Club artıq iki ildir ki, müştərilərə özəl maliyyə və qeyri maliyyə xidmətləri təklif edir, ötən iki ili necə qiymətləndirərdiniz?

- Son iki ili komandamız üçün həm uğurlu, həm də dinamik inkişaf dövrü kimi qiymətləndiririk. İlk gündən əsas məqsədimiz VIP müştərilərimizə sadəcə xidmət göstərmək deyil, onların gözləntilərini aşan, fərqli və premium təcrübə təqdim etmək olub. Bu istiqamətdə atdığımız addımlar öz bəhrəsini verdi – fərdi yanaşmamız və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən müsbət qarşılandı, nəticə etibarilə müştəri portfelimizdə əhəmiyyətli artım müşahidə olundu. Maliyyə xidmətləri çərçivəsində müştərilərimizin gəlirlərini daha effektiv idarə etmələri üçün depozit, kredit və investisiya məhsulları üzrə kompleks həllər təqdim etdik. Bununla yanaşı, qeyri-maliyyə xidmətləri sahəsində də aktiv fəaliyyət göstərərək aviabilet və turpaketlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə giriş imkanları kimi əlavə dəyərlər yaratdıq. Məqsədimiz müştərilərimizin yalnız maliyyə deyil, ümumilikdə həyat keyfiyyətini artırmaqdır. Bu iki illik yol bizə bir daha göstərdi ki, uzunmüddətli və dayanıqlı uğur yalnız nəticələrlə deyil, etimada əsaslanan xidmət modeli ilə mümkün olur. İndi isə qarşıda bizi daha böyük hədəflər və daha yüksək keyfiyyət standartları gözləyir, çünki VIP Club təcrübəsi bizim üçün sadəcə bir xidmət deyil, etibar və dəyərə əsaslanan bir yanaşmadır. Bu yanaşmanı daha da genişləndirmək və müştərilərimiz üçün davamlı yeniliklər yaratmaq əsas prioritetlərimizdəndir.

- İki il ərzində təklif edilən xidmət çeşidində və müştəri seqmentində nə qədər dəyişikliklər baş verib?

-Bu müddət ərzində həm təqdim etdiyimiz xidmətlərin çeşidində, həm də müştəri seqmentində ciddi dəyişikliklər baş verdi. Əvvəllər əsasən yüksək gəlirli fərdi müştərilərə fokuslanırdıqsa, bu gün artıq böyük şirkət rəhbərləri, yüksək vəzifəli şəxslər və aktiv sahibkarlar da VIP Club-un imkanlarından faydalanmağı seçirlər. Bu dəyişiklik bizim üçün təqdim etdiyimiz dəyərin daha geniş auditoriya tərəfindən tanındığının və qəbul edildiyinin göstəricisidir. Bu dövr ərzində müştəri bazamızda təxminən 70%-lik artım qeydə alınıb. Təbii ki, bu yalnız say baxımından deyil, həm də keyfiyyət baxımından ciddi bir inkişaf deməkdir. Əgər əvvəllər diqqət daha çox əmanətlər, kreditlər və fərdi bankçılıq xidmətlərinə yönəlmişdisə, bu gün artıq müştərilərimiz investisiya alətlərinə və qeyri-maliyyə üstünlüklərinə daha çox maraq göstərirlər. Söhbət eksklüziv səyahət imkanlarından, fərdi maliyyə məsləhətlərindən və 24/7 rejimində fəaliyyət göstərən şəxsi bankçılıq xidmətindən gedir. Bu yeniliklər sayəsində müştərilərimizlə daha yaxın və etibarlı münasibətlər qurmağa nail olmuşuq. Etimadın artması isə bizi daim inkişaf etməyə, xidmət keyfiyyətini daha da yüksəltməyə təşviq edir. Hazırda əsas məqsədimiz bu təcrübəni daha geniş auditoriyaya çatdırmaq və VIP Club-u premium bank xidmətləri sahəsində lider mövqeyə yüksəltməkdir.

- Növbəti illərdə müştərilərə hansı yeni xidmətlər təklif ediləcək?

- Növbəti illərdə əsas məqsədimiz – VIP Club üzvlərinə daha da fərdi yanaşmaq və onların real ehtiyaclarına uyğun yeni, dəyərli xidmətlər təqdim etməkdir. Hazırda bu istiqamətdə intensiv işlər aparırıq. Planlarımız arasında premium tərəfdaş şəbəkəsinin genişləndirilməsi, müştərilərimizə xüsusi imtiyazlar, fərdi güzəştlər və unikal üstünlüklər təqdim olunması da nəzərdə tutulur. Biz istəyirik ki, VIP Club yalnız maliyyə xidmətləri ilə deyil, həm də müştərinin həyat tərzinə dəyər qatan bir təcrübə ilə fərqlənsin. Əsas hədəfimiz ondan ibarətdir ki, VIP Club üzvləri hər zaman özlərini seçilmiş, xüsusi və diqqət mərkəzində hiss etsinlər. Bu hissi yaratmaq və onu davamlı saxlamaq bizim üçün çox önəmlidir.

- Azərbaycanın bank sektorunda bu cür xidmətə tələbi necə qiymətləndirisiniz, ümumiyyətlə rəqabət varmı?

- Son illərdə Azərbaycanda fərdi və yüksək səviyyəli bank xidmətlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Müştərilər artıq sadəcə bank əməliyyatları ilə kifayətlənmirlər – onlar gündəlik həyatlarına dəyər qatan, rahatlıq və üstünlüklər təqdim edən kompleks xidmətlər axtarırlar. Bazarda bu sahədə fəaliyyət göstərən digər banklar da mövcuddur, lakin VIP Club fərdi yanaşması və həm maliyyə, həm də qeyri-maliyyə sahəsində təqdim etdiyi geniş imkanları ilə fərqlənir. Bizim əsas məqsədimiz – müştərilərimizin gözləntilərini qabaqlamaq, onlara hər dəfə fərqli və üstün təcrübə yaşatmaqdır.

Rəqabət mühiti sağlam inkişaf üçün vacibdir. Lakin biz VIP Club olaraq lider mövqeyimizi qorumağa və onu daha da möhkəmləndirməyə fokuslanmışıq. Bu istiqamətdə davamlı olaraq yeni imkanlar üzərində çalışırıq və daim inkişafa açığıq.

- İki il ərzində öz komandanızda hansı dəyişikliklər baş verib, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün hansı işlər görülüb?

- Son iki il ərzində komandamızda bir sıra mühüm dəyişikliklər baş verib. İlk növbədə, komandanın tərkibi genişləndirilib və paralel olaraq ixtisaslaşma səviyyəsi artırılıb. Müştərilərimizə daha yüksək səviyyədə xidmət göstərə bilmək üçün struktur daxilində funksional bölgülər və məsuliyyətlər daha dəqiq şəkildə formalaşdırılıb.

Xidmət keyfiyyətinin davamlı şəkildə artırılması məqsədilə əməkdaşlarımız üçün müntəzəm təlim proqramları həyata keçirilir. Bu təlimlər xüsusilə VIP müştərilərlə effektiv ünsiyyət, fərdi bankçılıq strategiyalarının tətbiqi və premium xidmət standartları üzrə ixtisaslaşmanı əhatə edir. Məqsədimiz odur ki, komandamız yalnız bugünün deyil, sabahın tələblərinə də hazır olsun və hər bir müştəriyə fərdi yanaşma göstərə bilsin.

- Bankın daxilində hansı qərarlar və ya strategiya müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına dəstək olur?

- AccessBank-da müştəri məmnuniyyəti bizim üçün prioritet məsələlərdən biridir. Bu məqsədlə hər bir müştərinin fərdi ehtiyaclarına uyğun xidmət modeli formalaşdırılıb. Bu yanaşma sayəsində müştəri təcrübəsi daha fərdiləşdirilmiş olur və onlar bank xidmətlərindən daha effektiv, sürətli və rahat şəkildə yararlana bilirlər.

Müştəri məmnuniyyətini ölçmək və inkişaf etdirmək üçün mütəmadi monitorinqlər keçirilir, müştəri rəyləri diqqətlə təhlil olunur. Bu rəylər xidmətlərin təkmilləşdirilməsi üçün birbaşa əsas kimi qəbul edilir. Eyni zamanda, bazar araşdırmaları və müştəri sorğuları əsasında yeni məhsul və xidmətlər üzrə həllər hazırlanaraq tətbiq olunur. Bu çevik və dinamik yanaşma müştəri gözləntilərini qabaqlamağa imkan verir.

- 2025-ci il üçün hədəfləriniz?

- 2025-ci il üçün əsas hədəfimiz – mövcud müştəri məmnuniyyətini qoruyub saxlamaqla yanaşı, xidmət keyfiyyətini daha da yüksəltməkdir. Eyni zamanda, yenilikçi və innovativ həllər təqdim edərək, müştərilərimizin dəyişən ehtiyaclarına daha operativ və effektiv cavab verməyi planlaşdırırıq.

Bununla yanaşı, VIP Club-un lider mövqeyini bazarda daha da möhkəmləndirmək və təqdim etdiyimiz xidmətləri daha geniş auditoriyaya çatdırmaq əsas istiqamətlərimizdəndir. Məqsədimiz – fərqləndirici xidmət modeli ilə premium bankçılıq sahəsində yenə də nümunəvi təcrübə yaratmaqdır.

Maraqlı müsahibə üçün təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayırıq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri