Icma.az
close
up
RU
Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın kriminal mövzulardan yazan KİV-i 21-ci əsrdə öldürülən qanuni oğruların siyahısını tərtib edib.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, bu siyahıda Aslan Usoyan (Ded Xasan), Vyaçeslav İvankov (Yaponçik), Vladimir Maşinski (Malina), Viktor Kiselev (Kisel), Timofey Kapçenin (Timoxa Orenburqski) və digərlərinin adı var.

Bəs görəsən, son 22 ildə neçə azərbaycanlı oğru öldürülüb? Bu sırada Sabirabadlı Hikmətdən tutmuş, “Albert Rıjı”ya qədər xeyli avtoritetin adı var.

Qətlə yetirilənlərdən biri Mirseymur Abdullayevdir. O, 1963-cü ildə Nardaranda anadan olub və “Mirseymur Nardaranski” kimi tanınırdı. Mirseymur 2013-cü ilin may ayın 4-də Moskvadakı “Peşera” gecə klubundan çıxarkən öldürülüb.

2006-cı il aprelin 7-də yenə də Moskvada, Leninqrad şosesində kriminal aləmdə “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarov güllələndi.

Killerlər Hikmətə “Mercedes-500” markalı maşınına minəndə avtomat və tapançadan atəş açmışdılar.

“Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov isə 42 yaşında İstanbulda qətlə yetirilmişdi.

Rövşən Rafiq oğlu Canıyev (Rövşən Lənkəranski) 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilmişdi.

1996-cı ildə məhkəmə zalında əyləşən Rövşən Canıyev elə oradaca qatili güllələmişdi. 2012-ci ildə Dubayda 3 bıçaq yarasından, 2013-cü ildə isə Türkiyədəki sui-qəsd cəhdindən sağ qurtulmuşdu. 18 avqust 2016-cı ildə isə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülmüşdü.

“Lotu Quli” kimi tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda anadan olmuşdu.

“Quli” 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı, N.Səlifov 48 yaşının tamam olmasına 9 gün qalmış Türkiyədə “Xan Əhmədlinski” tərəfindən qətlə yetirilb.

Rusiyada kriminal aləmin tanınmış simalarından olan “Tima” ləqəbli azərbaycanlı avtoritet Teymur Məmmədov 2012-ci il sentyabrın 7-də öldürülüb. Əslən Göyçay rayonundan olan T.Məmmədov yaşadığı Tula şəhərində evinin önündə naməlum şəxslər tərəfində güllələnib. Azərbaycanlı kriminal avtoritetlərdən olan Baxşı Əliyev 8 aprel 2014-cü ildə vəhşicəsinə öldürülüb. 39 yaşlı oğru B.Əliyev Odessada “Veçerniy Baku” restoranında öldürülüb.

Başqa bir oğru Rüfət Nəsibov 2013-cü il fevralın 2-də qətlə yetirilib. Onun “Ded Xasan” qruplaşmasının qurbanı olduğu bildirilir. Rüfətin cəsədi hələ də tapılmır.

2017-ci il fevralın 2-də Rusiyada Siyavuş Zeynalov başından güllələnib. Hadisə Xanti-Mansiyksdə baş verib. Əslən Ağdam rayonundan olan Siyavuş Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

“Lotu Hikmət”in yaxın dostu 2017-ci ilin avqustunda Moskvada yaşadığı binanın qarşısında avtomobilinə əyləşəndə qətlə yetirilib. Ona 5 güllə vurulub.

“Lotu Hikmət”in yaxın qohumu “Qorbatı Ramiz” kimi tanınanı Ramiz Muxtarov 2010-cu ildə qətlə yetirilib. Həmin vaxt onun meyitini tapmaq mümkün olmayıb. 9 aydan sonra onun meyiti tapılaraq Sabirabada gətirilib və anadan olduğu Kürkəndində dəfn edilib.

2021-ci ilin aprelində kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan Əli Heydərov Moskvada qətlə yetirilib.

Onu yaşadığı binanın idman zalında güllələyiblər. “Albert Gəncinski” “Ded Xasan” tərəfindən Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin olunmuşdu. Onun qatili qısa müddətdə tapılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:491
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Yanvar 2026 05:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri