Icma.az
close
up
RU
AccessBank və EBRD Access2Success layihəsinə 4 cü dəfə start verir

AccessBank və EBRD Access2Success layihəsinə 4 cü dəfə start verir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanda sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına hər zaman dəstək olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində Access2Success layihəsinə dördüncü dəfə start verdiyini elan edib.

Altı həftə ərzində layihədə iştirak edən sahibkarlar maliyyə, marketinq və strateji planlaşdırma sahələrində yeni biliklər əldə edəcək, bizneslərini inkişaf etdirmək üçün faydalı şəbəkələr qurmaq imkanı qazanacaq, uğurlu sahibkar olmaq üçün peşəkar bacarıqlarını genişləndirəcəklər.

Access2Sucess layihəsində iştirak üçün son müraciət tarixi: 1 noyabr 2025-ci il
Qeydiyyat linki: bit.ly/3IowMu5

AccessBank qadın sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edir və onların uğur hekayələrinin bir parçası olmaqdan qürur duyur.

Qeyd edək ki, ilk Access2Success layihəsi 2022-ci ildə həyata keçirilib. İştirak üçün 250-yə yaxın müraciət qəbul olunub, onlardan 53 qadın təlimlərdə iştirak edib. 2023-cü ildə keçirilən Access2Success-2 layihəsində 250-dən çox müraciətdən seçilən 50 qadın qatılıb. 2024-cü ildə isə 50 qadın biznesin idarə edilməsi, satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və hüquqi aspektlər üzrə təlimlərdə iştirak edib.

Layihə hər il qadın sahibkarların qarşılaşdığı əsas çətinliklərin – maliyyə əlçatanlığı, məhdud biznes bilikləri və peşəkar inkişaf baryerlərinin – aradan qaldırılmasına dəstək olmağı hədəfləyir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri