Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Acı tüstünün fəsadları

Acı tüstünün fəsadları

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Mağaza vitrinlərində sıra ilə düzülmüş bər-bəzəkli qutular və üzərində yazılmış "Siqaret çəkmək sağlamlığa ziyandır" xəbərdarlığı... Görəsən, bu xəbərdarlığın acı tüstünü ciyərlərinə çəkməkdən çəkindirdiyi və ya ondan imtina etməyə sövq etdirdiyi nə qədər siqaret istifadəçisi olub?

“Qəm tütəyi”nın girdabına yuvarlanmaq haradan başlayır: ailədən, məktəbdən, oturub-durduğun dairədən, yoxsa adi maraqdanmı? Birmənalı cavab vermək çətindir, amma yəqin ki, bunların hamısından və ən başlıcası “ver birini yandırım” deyib ilk dəfə zəhərli tüstünü ciyərlərinə çəkmək həvəsindən...

Sovet vaxtı bu sözlərlə başlayan bir ara mahnısı var idi: “Daha səni çəkməyəcəm, ziyankarsan, ay papiros...” Yaşlı insanlar sovet vaxtında zərərli vərdişlərə, o cümlədən siqaretə qarşı müxtəlif üsullarla kampaniyaların aparıldığını yaxşı xatırlayırlar. Hətta o vaxt bəzi ictimai yerlərdə vurulan plakatlardan birinin üzərində at və bir qutu siqaretin tərkibində olan nikotinin iynəyə çəkilmiş təsviri var idi. İzahı belə idi: bir qutu siqaretin tərkibindəki nikotinin ata inyeksiya edilməsi onun həyatını bitirir, tütün istifadəçisi isə hər gün bir və ya bir neçə qutudakı tütünün tərkibində olan acı zəhəri könüllü olaraq ciyərlərinə çəkir...

İndi tütündən istifadənin məhdudlaşdırlması sahəsində xeyli uğurlu addımlar atılıb. Milli Məclisin qəbul etdiyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanundan sonra ictimai yerlərdə siqaret çəkənlərin sayı xeyli dərəcədə azalıb. İndi əhalinin sıx toplaşdığı yerlərdə demək olar ki, “qəm tütəyi”ni damağına qoyanlarla az üzləşirik. Ədalət naminə desək, ümumən bu sahədə vəziyyət kifayət qədər yaxşılaşıb.

Amma güllük-gülüstanlıq da deyil. Hələ də siqaretin tərkibindəki tütünün tüstüsünü təmiz havaya püfləyənlər, damağındakı siqareti siqaretə calayanlar var. Ən çox narahatlılq doğuran isə məktəbyaşlı uşaqlar və qadınlar arasında tütündən istifadə hallarının yaşanmasıdır. Zərif cinsin nümayəndələri arasında bu vərdişə maraq xüsusilə narahatlıq doğurur. Bunun zərəri o qədər böyükdür ki, xanımlar arasında acı tütün tüstüsünü ciyərlərinə sümürənlərə qarşı az qala cihad etmək lazımdır.

Acı tüstünün zərərli təsirini görmək üçün uzağa getmək lazım deyil: siqaret istifadəçilərinin saralan bığı, saçı, dırnağı, dəmirçi körüyü kimi xır-xır xırıldayan sinəsi onun sağlamlığa olan zərərli təsiri haqqında çox şey deyir. Buna baxmayaraq, acı tütün tüstüsünü ciyərlərinə sümürənlər xoşagəlməz bəlanın girdabından qurtula bilmirlər.

Tütünçəkmə - tütün tüstüsü ilə çirklərmiş hava ilə nəfəs almaqdır. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi əksər hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Alimlərin araşdırmaları sübut edib ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. Mütəxəssislər siqaretdə 4 min 560 zəhərli, 60-dan çox xərçəngə səbəb olan maddə aşkar ediblər. Tütünçəkmə ağ ciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və aterosklerozun inkişafına səbəb ola bilər. Eyni zamanda, siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğuna və digər ciddi problemlərə səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəalliyyəti azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır.

Məşhur Çin filosofu Konfutsi deyirdi ki, pul itirmisənsə, heç nə itirməmisən, vaxt itirmisənsə, çox şey itirmisən, sağlamlığını itirmisənsə, deməli, hər şeyi itirmisən. Hər şeyi itirməmək üçün sonuncu siqaretə son qullabı vurandan sonra onu söndürmək, qutusunu isə əzib, zibil qabına atmaq və bütün iradəni toplayaraq ona "əlvida" demək lazımdır. Nə qədər ki, gec deyil...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see534

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see524

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see518

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see470

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see438

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see428

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see364

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see347

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see330

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see318

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see317

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see308

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see292

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see291

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see290

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see289

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see288

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see267

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri