Icma.az
close
up
RU
Acı dadmayan soğan

Acı dadmayan soğan

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün dünyanı cənginə almış genetik modifikasiya olunmuş (GMO) məhsullar ciddi narahatlığa səbəb olur. Kimya sənayesinin və genetika elminin inkişafı ərzaq istehsalında qeyri-təbii texnologiyaya start verib.

Son vaxtlar dünyada təbii toxumlu məhsul əkin sahələrinin sayı xeyli azalıb. Hazırda dünya əhalisinin 70 faizindən çoxunun transgen məhsullarla qidalandığı ehtimal olunur.

Genetik modifikasiya texnologiyası ilk dəfə SSRİ-də kəşf olunub. Lakin bu texnologiyanın təbiətə və insan sağlamlığına zərər vuracağını başa düşən Sovet rəhbərliyi bitkilərin genetik modifikasiya edilməsini qadağan edib və Stalinin əmri ilə bu sahədə elmi təcrübələr dayandırılıb.

Sonralar ABŞ-da belə təcrübələr geniş vüsət alıb və ötən əsrin 80-ci illərindən başlayaraq bu texnologiya geniş tətbiq olunmağa başlanıb və artıq bu ölkədə demək olar ki, bütün bitkilər geni dəyişdirilmiş vəziyyətə gətirilib. İndi də dünyaya GMO-nu yayan əsas ölkə ABŞ-dır. Bir də ABŞ-ın nəzarətində olan “Bayer” kimi transmilli korporasiyalar.

GMO təhlükəsini dərk edən və artıq ilk fəsadlarla tanış olan inkişaf etmiş ölkələrdə buna qarşı ciddi tədbirlər görülür. Bir sıra ölkələr geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub.

Bəzilərində isə geni dəyişdirilmiş məhsulun хüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qərara əsasən, istehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir.

Bu işarələri görən istehlakçılar belə məhsulları almaqdan çəkinirlər. Biz isə sağlamlığımıza zərər vursa da, görünüşü gözəldir, daha doğrusu dəbdədir deyə yeyirik.

Genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu sonrakı nəsillərdə özünü daha çox biruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər.

Transgen məhsullar təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri vurulmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki təbii mineral, vitamin və s orqanizmə yararlı olan maddələrdən məhrum olur, yalnız çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı qazanır.

Dünyada biznes maraqları hər şeydən üstün olduğundan əsas məsələ budur- tez, az xərclə, çoxlu və davamlı pul qazanmaq. İnsan sağlamlığı boş şeydir, bundan qlobal transmilli şirkətlər şəbəkəsi xeyir götürmür. Lakin, GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara on minlərlə bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür.

GMO məhsullar Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. Hazırda Azərbaycanda qarpız, pomidor, çuğundur və sair məhsullardan toxum götürmək mümkün deyil. Çünki araşdırmalara görə, artıq pomidorların 95, kartofun azı 70, qarpızların, günəbaxanın, çuğundur və qarpızın 80 faizi GMO-dur.

“McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərdə və şirniyyatlarda istifadə edilən qidalar tamamilə transgen məhsullardır. Xərçəng və sair təhlükəli xəstəliklərin artmasında bu məhsullar ən böyük rolu oynayır.

Burda daha bir məqam var ki, bu, strateji planda iqtisadi və siyasi baxımdan da ciddi təhlükə vəd edir. Bu da ondan ibarətdir ki, GMO toxumlar torpağı özünə öyrəşdirir, toxum vermir. Bu toxumlar ucuz təklif olunduğundan hamı təbii toxumu qoyub onu əkməyə çalışır. Çünki burda daha çox məhsul götürülür ki, bu da maddi qazanc deməkdir.

Beləliklə, yerli toxumlar sıradan çıxır, ölkə qalır GMO toxum istehsal edən və bütün dünyada ixrac edən “Monsanto” kimi transmilli korporasiyaların əlində. Ölkələr bu şirkətlərdən tam sılı vəziyyətə düşür. Bu isə ərzaq və qida təhlükəsizliyi baxımından son dərəcə təhlükəli perspektiv vəd edir.

Azərbaycanda qanunla GMO bitkilərinidxalı, istehsalı, satışı qadağamdır. Lakin bu qanunların tələblərinə riayət olunmur. Çünki bazar-dükanda çox sayda transgen məhsullar satılır. Bunlar həm xaricdən gətirilir, həm də ölkə daxilində istehsal olunur.

Artıq soğan acı dadmır. Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın” şeiri isə öz mahiyyətini tamam itirib. Nə tərəvəzdə dad qalıb,nə paxlalarda, nə çörəkdə. Meyvələrin də yarısı həll olunub. Qoruya bilməsək bir neçə ilə yerli təbii məhsullarımız tam yoxa çıxacaq.

Buna görə də, respublikada ölkə başçısının tapşırığı ilə toxumçuluq təsərrüfatlarının yaradılmasını və yerli toxum bazasının qorunub saxlanması istiqamətində digər addımları təqdirəlayiq hesab etmək lazımdır. Bu işi genişləndirməliyik. Çünki bu həm ərzaq təhlükəsizliyidir, həm də qida təhlükəsizliyi. Yekunda isə birbaşa dövlət təhlükəsizliyi məsələsidir.

Bu işi təkcə dövlətin üzərinə qoymaq olmaz. Əhali belə məhsulları almasa, onlar tədricən sıradan çıxar. Yerli təbii məhsullarımızın istehsalı artar, pulu isə hansısa Con yox, Mamed dayı qazanar. Xalqımızın da sağlamlığı təhlükə altında qalmaz.

Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see398

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see327

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see269

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see266

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see262

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see249

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see239

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see235

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see225

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see219

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see209

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see208

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see207

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see201

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see201

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see192

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see190

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see188

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri