Açılış gününün favoritləri
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək. İlk gündə iki qarşılaşma keçiriləcək.
Turun açılış oyununda “Şamaxı” “Şəfa”nı qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matça saat 15:00-da start veriləcək.
“Şamaxı” 7 turdan sonra 10 xalla 7-ci pillədə qərarlaşıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv ötən turda “Zirə” səfərindən bərabərliklə qayıdıb. Stabil nəticələrlə diqqət çəkən “şirlər” cari mövsümdə cəmi bir dəfə məğlub olub.
“Şəfa” isə autsayderlər arasındadır. Bakı təmsilçisi 7 turda 1 qələbə qazanıb, 6 dəfə uduzub. Aktivində 3 xalı olan komanda turnir cədvəlində 11-ci sıradadır.
Görüşün favoriti “Şamaxı”dır. İlk ev oyununda azarkeşləri önündə “Araz-Naxçıvan”a qalib gələn bölgə təmsilçisi seriyasını davam etdirmək arzusundadır.
Günün digər matçı Sumqayıtda baş tutacaq. “Kimyaçılar” doğma arenada autsayder “Araz-Naxçıvan”la üz-üzə gələcək. Filipe Kandidonun yetirmələri ötən turda fanatları önündə “Qəbələ” üzərində inamlı qələbəyə sevindi. Mövsümdə ilk dəfə bir matçda 4 qol vuran “gənclik şəhəri” təmsilçisi iddiasını davam etdirmək niyyətindədir.
“Araz-Naxçıvan” isə qələbəsi olmayan yeganə kollektivdir. Mövsümə Cavid Hüseynovla başlayan naxçıvanlılar iki tur öncə mütəxəssislə vidalaşdı və onu Yuri Maksimovla əvəzlədi. Lakin ukraynalının da startı uğursuz alındı. “Kəpəz”ə uduzan “Araz-Naxçıvan” bu gün “qara zolaq”dan çıxmaq arzusundadır.
Şahin Cəfərov
Baxış sayı:70
Bu xəbər 16 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















