Açılış oyununa doğru
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İmişli” Misli Premyer Liqasının XIII turunda bu gün “Şəfa”nı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 14:30-da start veriləcək.
Komandalar tarixində bir dəfə üz-üzə gəlib. Bu ilin avqustunda Bakıda keçirilən oyun “pələnglər”in qələbəsiylə başa çatıb – 1:0.
“İmişli” baş məşqçisi Ervins Perkonsun başçılığı altında uğurlu qrafik cızmaqdadır. Son beş oyunda məğlub olmayan bölgə təmsilçisi bugünkü görüşün favoritidir.
Fərid Namazovun gedişindən sonra komandanın “sükanı” arxasına keçən Perkons kollektivə daha yaradıcı futbol oynadır. Hücumda müxtəlif variantlara əl atan komanda bəzi epizodlarda yüksək pressinqlə rəqiblərinə təzyiq göstərir.
Ötən turun “Zirə” ilə matçı (2:2) bunun üçün yaxşı nümunədir. Komanda 0:2 hesabı ilə geridə olsa da, 10 dəqiqəlik yüksək pressinq nəticəsində 2 penalti qazandı və yekunda bir xalla kifayətləndi. “İmişli” üçün belə geridönüş qələbəyə bərabərdir.
“Şəfa” isə qeyri-stabilliyi ilə diqqət çəkir. Autsayder mövqeyində olan bakılılar bu mövsüm cəmi bir dəfə qələbəyə sevinib. Baş məşqçi Zaur Həşimovun postunda qalıb-qalmayacağı sual altındadır. Bu səbəbdən hər matç onun üçün final kimidir.
“İmişli” 12 turdan sonra 12 xalla 8-ci sıradadır. Aktivində 5 xalı olan “Şəfa” isə 11-cidir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















