Icma.az
close
up
RU
“Acından ürəyim getdi, Xalq artisti mənə yemək aldı” Əməkdar artistlə MÜSAHİBƏ

“Acından ürəyim getdi, Xalq artisti mənə yemək aldı” Əməkdar artistlə MÜSAHİBƏ

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lent.az-ın müsahibi Azərbaycan Dövlət Milli Gənc tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovdur.

- Elnur, xoş gördük. Məhəmməd Əmin Rəsulzadə obrazını sizin simanızda görmək gözəl idi. Amma ümumilikdə tamaşaçı Elnuru uşaq verilişlərinin aparıcısı kimi tanıyıb sevib. Uzun müddət ekranlarımızdan övladlarımız sizi sevə-sevə izləyiblər. Təəssüf ki, bu gün teleməkanda aparıcısı olduğunuz uşaq verilişi yoxdur. Ümumiyyətlə, uşaqlarla bağlı tamaşa, film, ədəbiyyat, verilişlər sizi qane edir?

- Azərbaycanda uşaqlar üçün maraqlı obraz, qəhrəman qıtlığı yaşanır. Bir zamanlar uşaqlar “Xoruz baba”nı, “Savalan baba”nı az qala öz babalarından çox sevirdilər. Mən də efirdə “Ağıllı” adlı bir obraz təqdim etdim. Amma bu uşaqlar arasında nə dərəcədə rəğbət qazanır bu sual altındadır. Göstərdiyimiz əmək uşaqlar arasında daha az yayılır, nəinki sosial şəbəkələrdə bəsit adamların dillərindən eşitdikləri vulqar ifadələr. Baxırsan ki, çəkdiyin əmək hədər gedir.

- ARB Günəş kanalında yayımlanan verilişiniz niyə dayandırıldı?

- Sponsor olmadığına görə. Uşaq verilişlərində reklam etmək istəmirlər. Öz gücümüzə bu verilişi ayaqda saxlamağa çalışdıq. Bəzən çəkiliş üçün yerimiz olmadı, parklarda, ağacların altında çəkdik. Ssenarini elə yazırdıq ki, guya belə də olmalıdır. Amma axırda telekanal rəhbərliyi bildirdi ki, bizim verilişin reytinqi yoxdur deyə daha yayımlanmayacaq. Amma bizim izləyicilərimiz var idi. Bir ana mənə deyirdi ki, autizmli övladım ancaq sizə baxa-baxa yemək yeyir, başqa cür yedirə bilmirik. Reytinqə qurban getdik. Amma bu gün yaraşıqlı bir oğlan, gözəl bir qız yaxınlaşıb deyəndə ki, uşaq vaxtı sizin verilişlərə çox baxmışıq bu mənim üçün dünyaya dəyir.

- Bəzi müğənnilər efirə çıxıb milyonluq villalarından, çox bahalı avtomobillərindən, aylıq 100- 150 minlik qazanclarından, toy bazarlarından danışırlar. Bu mənada aktyorların bəxti daha az gətirib. Necə dolanırsınız?

- Yaxşı ki, teatr var. Əməkdar artistəm, bir də Prezident mükafatçısıyam. O olmasa nə edərəm bilmirəm. Dövlətim məni çətində qoymaz deyə inanıram. Evim yoxdur, illərdir kirayədə yaşayıram. Mənə ev verilsin demirəm, amma aktyorlara elə bir şərait yaradalar, bina tikələr biz kirayə haqqı kimi aylıq ödənişlərimizi edək, sonunda o ev bizə qalsın. Belə praktika dünyanın bir çox ölkələrində var, bizdə də olsa yaxşı olardı.

- Filmlərə dəvət alırsınız?

- Təəssüf ki, yox. Bu gün filmlərə bir qrup aktyoru çəkirlər. Rasim Balayevin bir sözü var, deyir əsl aktyorlar teatrda yetişir. Mən gündüz Buratino, axşam Kral Riçardı oyanıram. Ustad sənətkarların dediyinə görə pis oynamıram. Amma filmlərə dəvət yoxdur. Əlbəttə istərdik dəvət olsun, film tarixdir yaddaşdır, qalır sabahkı günlər üçün. Tamaşa belədir ki, bu gün oynadın bitdi. Küçədən tapdıqları adamları filmə çəkirlər, bizi yox. Rejissordan soruşsan, deyəcək “sənə uyğun rolumuz yoxdur”. Universal aktyoram. Küçədən keçən təsadüfi adamları gətirincə peşəkar aktyoru çək də. Naibə Allahverdiyeva,  Nübar Novruzova,  Şəfəq Əliyev, Tariyel Qasımov, Yasin Qarayev kimi aktyorların yaşının və sənətinin elə bir dövrüdür ki, iştirak etdikləri hər film sambala minir, kolorit qatırlar. Naibə xanımın  filmdə bir epizodda balkona çıxıb “ay uşaq, orda səs-küy salmayın, gedin, başqa yerdə oynayın” deməsinin özü belə ayrı bir rəngdir, gözəllikdir. Bunu edin də. Rejissorlar bunu anlamırlar. Uşaqlar üçün filmlər yoxdur. Mən dostum, rejissor Vüqar Heydərova birlikdə 2 uşaq filmi çəkdik. Bütün aktyorlar qonorarsız çəkildilər və cəmi bir dəfə efirdə göstərildi. Biz bütün varlığımızla buna can atırıq, amma gərək buna dəyər verilə. Təəssüf ki, film sektorundakılar bizi görmürlər.

- Kimlərlə eyni səhnədə olmaq sizə xoşdur?

- Naibə xanımla. Səhnəmizin sultanı deyirəm ona. Çətin deyəcəyim heç kim yoxdur. Yasin Qarayev bizim ağsaqqalımızdır. O teatra gələn gün hamı onun otağına girir, masaya şirniyyat düzülür, salamlaşıb şirniyyat yeyib gedirlər. Bizim kollektiv çox mehribandır. Böyüyə-kiçiyə hörmət var. Mən öz doğma atamdan çox Yasin Qarayevə qulluq göstərirəm. Çünki teatrdakıları ailəmdəkilərdən daha çox görürəm.

- Səhnəyə küsülü çıxdığınız adam olub?

- Olub. Axı biz aktyorlar uşaq kimiyik. Bu gün küsüb sabah barışmışıq. Səhnədə tamaşaçıya bunu yansıtmaq cinayətdir.

- Teatrla bağlı maraqlı xatirələriniz də var yəqin.  

- Əlbəttə var. Tələbə idim ora ilk qədəm basanda. Tələbə də kasıb olur, bilirsiniz. Birini tapırsan, birini tapmırsan. Bir dəfə təqaüd almışdım. Getdim özümə ərzaq aldım, qaymaq, şəkər tozu filan. Yaxşı yeyib getdim işə. Səhnədə məşq zamanı ürəyim gedib yıxılmışam. Yəqin bədənim belə bolluğu götürməyib də (gülür). Gözümü açdım ki, yığılıblar başıma. Naibə xanım dayanmadan deyirdi ki, o yəqin acdır ona görə ürəyi gedib. Mən elə deməyə çalışırdım ki, yemişəm, sözümü bitirə bilmirdim. Yemək sözünü anlayıb bircə. Nə isə özümə gəldim, məni götürüb apardı yaxındakı kafeyə, kabab aldı. Yedik. Dedi “bayaq nəsə pıçıldayırdın bayılanda, nə deyirdin?”. Utandım deməyə ki, yemək yemişdim, tox idim. Dedim elə yeməyə görə ürəyim getmişdi. Naibə xanımın böyük ürəyi var. Çıxarıb cibimə pul da qoydu, dedi , “tələbəsən, özünə qulluq elə”.

- Biz söhbətə bir qədər ayaqdan başladıq. Başa doğru gələk. Səhnəyə necə gəldiniz?

- 1978-ci ildə Neftçalanın Xəzər kəndində anadan olmuşam. Orta məktəbdən incəsənətə meylim olub. Səhnəciklər qururdum. “İstedadlar axtarırıq” adlı müsabiqə keçirilirdi 80-ci illərdə. O müsabiqəyə parodiyalarla qatıldım və mənim ifam bəyənildi. Bakıda Heydər Əliyev adına sarayda keçirilən yekun konsertdə də iştirak etdim. Teymur Əmrah, Nəzakət Teymurovada o festivalda iştirak edirdilər.  7-ci sinifdə oxuyurdum onda. Bəyəndilər, münsiflik edənlərdən biri, bəstəkar Oqtay Rəcəbov məni axtarıb tapdı, İncəsənət gimnaziyasına qəbul etdilər. Bu sənətdə mənə ən çox dəstəyi böyük qardaşım Elçin verib.

- Yenə parodiyalar edirsiniz?

- Hərdən bir. O zamanlar bu sahəyə o qədər çox maraq hiss edilmədiyini gördüm, həvəsim öldü.  Afaq Bəşirqızını, Nəsibə Zeynalovanı, Amaliya Pənahovanı parodiya etmişdim. Afaq xanım bir gün buna görə, hətta zəng vurub mənimlə şəxsən tanış oldu, “dedi, adə qırışmal, deyirlər sən mənim səsimlə məndən yaxşı danışırsan”. Bəyəndiyini dedi, dəstəyini təklif etdi. Sağ olsun. İncəsənət Universitetində oxuya-oxuya AZTV- də səhnəciklərə çəkilirdim və rejissor Loğman Kərimov efirdə oynadığım səhnəcikləri görüb bəyənmiş, məni Gənc Tamaşaçılar Teatrına dəvət etmişdi. İlk rolum “Mənim ağ göyərçinim” tamaşasında oldu və çox bəyənildi. İndi “Sabaha saxlamayaq” verilişində aparıcılıq edən Vüsalə Məmmədova mənim sevgilim rolunu oynayırdı. Çox yaxşı cütlük idik.

- Sonda bir sual vermək istəyərdim. Aktyor ömrünün çətinliyini görərək, övladlarınızın yolunuzu getməsini istəyərdiniz?

- 2 övladım var. Bir qız, bir oğlan. Qızım ali məktəbdə oxuyur tərcümə yolunu seçib. Oğlum mənim yolumu gedəcək deyəsən. İstedadı var. İstərdim ki, sırf maddiyata görə, başqa yolu seçsin. Səhnədə kralam, vəzirəm, həyatda kasıb bir oğlan.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see254

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri