Icma.az
close
up
RU
Uşağınız sosial şəbəkədə varmı?

Uşağınız sosial şəbəkədə varmı?

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Dünya sürətlə dəyişir, yenilənir, başqalaşır. Bəlkə də, siz hələ kömpüter texnologiyasının nə demək olduğunu tam anlamış deyilsiniz, ancaq yanınızda başqa biri öz həyatını texnologiyanın bu kəşfindən ayrı təsəvvür edə bilmir.
Bir vaxtlar qloballaşma adlı yeni bir təşəbbüs ortaya atılmışdı və mənası da təxminən dünyanın eyni müstəviyə daşınması kimi izah olunurdu. Ola bilsin ki, bu layihənin ilk dəfə ortaya atıldığı dövrdə onun necə həyata keçiriləcəyi təsəvvürlərdə böyük suallar doğururdu, ancaq son bir neçə ildə sosial şəbəkələrə “ünvanlanmış” böyük axın bu sualların cavabını xeyli asanlaşdırdı. İnanmırsınızsa, otuz il əvvəli ağlınıza gətirin və xatırlayın ki, o vaxt çox az adamda mobil telefon var idi. Ancaq bu gün demək olar ki, hər kəsin mobil telefonu var, hətta bir yox, bir neçə...
Təsəvvür edin ki, artıq çox işimizi telefon vasitəsi ilə həll edirik, mobil telefonu olmayan adama rast gələndə də təəccüblənirik.
Əslində, bizim bu təəccübümüz o qədər də əsassız sayılmamalıdır. Hətta özümüz uşaqlarımızın hər birinə mobil telefon alırıq ki, istədiyimiz vaxt onun harada olduğunu öyrənə bilək.
Telefon söhbətini ona görə açdıq ki, bir vaxtlar onun əleyhinə orqanizmə zərər verməsi ilə bağlı kifayət qədər güclü etiraz dalğası müşahidə olunurdu. Ancaq bu gün böyük əksəriyyətimiz artıq mobil telefonu həyatımızın bir parçasına çevirmişik və onu evdə unutduğumuzu yolda xatırlasaq belə, geri qayıdıb götürürük. Çünki o, həm də bizim məlumat kitabçamızdır.
Bu gün dünyada getdikcə genişlənən və insanları öz ətrafında birləşdirən sosial şəbəkələr isə bəlkə də daha artıq bir güclə, daha artıq bir sürətlə həyatımıza daxil olmaqda, hətta müdaxilə etməkdədir. Üstəlik, bu müdaxilə o qədər güclüdür ki, ona qarşı mübarizə aparmaq Don Kixotun yel dəyirmanları ilə vuruşmasına bənzəyir. Bu kimi məsələlərdə ən ağıllı seçim qarşı çıxmaqdansa, bu işi necə nəzarətə götürə bilmək, daha doğrusu, onun faydalı tərəflərindən necə istifadə edə bilmək olmalıdır.
Etiraf edək ki, hazırda sivil dünyada birisini işə götürəndə, ya da birisi ilə tanış olanda, ilk növbədə, onun sosial şəbəkədə olub-olmaması ilə maraqlanırlar. Qəribə də olsa, bu sualın cavabından sonra hər şey məlum olur və daha başqa suala ehtiyac qalmır. Belə ki, tanış olmaq və ya işə girmək istəyən adamın sosial şəbəkədəki mövqeyi, məsələlərə münasibəti onun haqqında ən etibarlı xasiyyətnamə kimi qəbul olunur. Biz qəbul etsək də, etməsək də, artıq sivil dünya münasibətləri bu müstəvidə qurmağa üstünlük verir. Sizə nə qədər qəribə gəlsə də, kürəkən və ya gəlin seçimində belə bu məsələ mühüm faktor hesab olunur.
Statistika göstərir ki, ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı aybaay artır, həm də bu rəqəm az qala həndəsi silsilə ilə yüksəlir. Orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlərin çoxu sosial şəbəkə abunəçisidir.
Bu gün sosial şəbəkələr hər hansı xəbəri əldə etmək üçün ən operativ mənbə hesab olunur. Təsəvvür edin ki, birisi bir hadisəyə şahid olur və elə o anda o xəbəri sosial şəbəkəyə daxil edir. Artıq siz hadisədən bir neçə dəqiqə keçməmiş onun haqqında ətraflı məlumata sahib olursunuz. Bu şəbəkələrə daxil olmaq, oradan çıxmaq və ya istədiyiniz şəxslə məlumat alış-verişinə girib-girməmək artıq sizin seçiminizdən asılıdır. Siz bu şəbəkələrdə istədiyiniz qəzet və jurnallara, müxtəlif elmi mərkəzlərə, məlumat mənbələrinə abunə olursunuz. Əgər idmanla maraqlanırsınızsa, sizə bu sahədə baş vermiş ən son hadisələr axıb gələcək. Təbii ki, bu işin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də az deyil.
Əslində, bu şəbəkələrdə hər kəs öz axtardığını tapır. Əgər siz uşağınızın tərbiyəsinə inanırsınızsa, yəni onun bu şəbəkələrdə ədəbdən, əxlaqdan uzaq şeylərə yönəlməyəcəyindən əminsinizsə, qorxmağa dəyməz. Ancaq bu da bir həqiqətdir ki, pozulmağa meyilli uşaqlar üçün bu şəbəkələrdə ağlınıza gələn və gəlməyən hər şey var. Bu cür uşaqlar üçün bu şəbəkələr, doğrudan da, dibi görünməyən bataqlıq kimidir. Özü də bəzi uşaqlar və ya gənclər bu şəbəkələrin əsiri olurlar. Belə ki, yüzlərlə insanla eyni vaxtda nüsüyyət quran bu gənc səhərə qədər şəbəkədən ayrıla bilmir. Hər dəqiqə yeni xəbər alır, hansı mövzudasa kiminsə rəyini oxuyur, öz rəyini yazır, bəzən kiməsə qarşı çıxır, bəzən də hansısa fikrin tərəfini tutur... Üstəllik, bu şəbəkələrə girmək üçün kompüterə də ehtiyac yoxdur, mobil telefonlarla da bu işi həll etmək mümkündür.
Bu şəbəkələr açılandan bəri artıq dünyada gizlinlik qalmayıb. Kimin haqqında hansısa görüntü və ya bir xəbər varsa, bir anda bütün dünyaya yayılır. İstəsəniz də, o xəbəri dayandıra bilməzsiniz. Bir sözlə, bu şəbəkələrdə vaxtın necə keçdiyini hiss etmirsiniz. Və özünüz də bilmədən bu işə bir növ aludə olursunuz.
Demək istədiyimiz odur ki, bu aləm o qədər cazibəli, o qədər genişdir ki, gəncliyin ondan kənarda qalması çətin görünür. Ən doğru seçim uşağa nəzarət etməkdir.
Bu şəbəkələrə hər kəs müəyyən bir adla girir. Təbii ki, ən doğru olan öz adı ilə girməkdir, ancaq müəyyən ləqəblərlə, fərqli adlarla girənlər də az deyil. Əgər uşağınız öz adı ilə deyil, hər hansı yad ünvanla bu şəbəkələrə daxil olursa, deməli, narahat olmağa dəyər. Bir də əgər uşağınız o şəbəkələrə abunədirsə, bunu gizləyə bilməz, çünki gec-tez biləcəksiniz. Siz də uşağınızın o şəbəkələrdəki adını biləndən sonra ona nəzarət imkanı qazanacaqsınız. Bu vaxt onun daha çox kimlərlə və daha çox hansı mövzuda söhbət etdiyini, hansı materialları paylaşdığını görib müəyyən ölçü götürə bilərsiniz.
Yazımızın sonunda bir həqiqəti də sizlərlə bölüşmək istəyirik. Əgər həqiqəti görmək istəyiriksə, onun gözünə dik baxmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, gələcəyin yolu bu şəbəkələrdən keçir. Təkcə bu şəbəkələr deyil, son vaxtlar meydana çıxan əksər icadlar da iki ağızlı qılınc kimidir, bir ağzı düşmənə, bir ağzı da sizə baxır. Ona görə də, əsas məsələ bu mövzuda ciddi olmaq və düzgün qərar verməkdir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Yanvar 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see370

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see269

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see258

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see257

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see250

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see241

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see237

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see232

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see232

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see231

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see229

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see226

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see223

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see222

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see209

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see206

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see188

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see183

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri