Icma.az
close
up
RU
Aciz durumda olan fars şovinizminin səsi...

Aciz durumda olan fars şovinizminin səsi...

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.

Təkbaşına möqedən söz düşmüşkən, İran uzun müddət öz hərbi gücü və təhlükəsizlik sistemi ilə öyünsə də, İsrailin həyata keçirdiyi əməliyyatlar bütün bunların əslində tamamilə fiksiya olduğunu aydın göstərdi.

Çox da uzaq olmayan tarixdə bir daha bəlli oldu ki, İranın hərbi qüvvələri az-çox hərbi gücə malik ölkə ilə qarşıdurmaya hazır deyil.

Daxili təhlükəsizlik isə yalnız hakimiyyətə qarşı baş qaldıran iç qüvvələrə münasibətdə qismən effektlidir.

Təsəvvür edirsiniz? İsrail əslində o münaqişənin taleyini ilk gecədən öz xeyrinə həll etmişdi.  

Birinci hücumlar zamanı İranın çoxsaylı nüvə alimləri, hərbi rütbəliləri evində, elə yatdığı yerdəcə aradan götürüldü.

Dronların İran ərazisindən qalxaraq hədəfləri vurması, hərbi hava qüvvələrinin gözə görünməməsi, hava hücumundan müdafiə sisteminin yox dərəcədə olması da bu bəndləri aydın şəkildə təsdiq edir.

Məhz buna görə də, özünü belə qorumaq iqtidarında olmayan, Yaxın Şərqdə bütün təsir imkanlarını itirən İranın Cənubi Qafqazdakı geosiyasi proseslərə təsir göstərmək imkanları da yox dərəcəsindədir.

Vilayətinin iddiaları isə aciz duruma düşmüş fars şovinizminin səsidir ki, onu da artıq kimsə eşitmir.

Bu həmin Vilayətidir ki, zamanında Yaqub Məmmədovu aldadıb, İrana dəvət edib Şuşanın ermənilər tərəfindən işğalına şərait yaratdı. Bu həmin Vilayətidir ki, 1990-cı ilin əvvəllərində İranın Azərbaycanın müstəqilliyini tanımayacağını bəyan edirdi.

Bu gün Vilayəti kimi avantüristlərin iddialarını kimsə ciddi qarşılamır. Çünki öz problemlərini həll edə bilməyən İranın başqa ölkələrə öz iradəsini diqtə etmək cəhdləri “tutar qatıq, tutmaz ayran” məsəlini xatırladır.

Telli Minbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Avqust 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri