Icma.az
close
up
RU
Rusiya şovinizminin hədəfinə tuş gələn azərbaycanlılar Onları nə gözləyir?

Rusiya şovinizminin hədəfinə tuş gələn azərbaycanlılar Onları nə gözləyir?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlıların Rusiyaya soyuq münasibətinin boş yerə olmadığını Moskva özü də sübut etdi. Məlumdur ki, bu gün yüz minlərlə miqrant dolanışığını Rusiyadan təmin edir. Onların arasında azərbaycanlılar da çoxdur. Rusiya da illər boyu başqa ölkələrə təzyiq üsulu kimi məhz miqrantları seçir. Rusiya ya qanunu sərtləşdirməklə,ga  evlərinə basqın etməklə,  ya da bazarları bağlamaqla hədələyir. Artıq hədəfdə yalnız miqrant olan azərbaycanlılar deyil. Rusiya vətəndaşı olan azərbaycanlılar da bu gün Rusiya şovinizminin hədəfinə tuş gəlib. Rusiya Dumasında azərbaycanlıları ölkədən qovmaq çağırışları edilir. Özü də bu çağırışlar hakim “Vahid Rusiya” partiyası tərəfindən səsləndirilir. 
Rus deputatlar Rusiya vətəndaşı olan azərbaycanlıları isə cəbhəyə göndərmək həvəsinə düşüblər. 
Bəa Rusiyadakı azərbaycanlıları nə gözləyir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, təyyərənin qəzaya uğraması ilə əlaqədar həqiqətləri qəbul etmək və Azərbaycandan rəsmi üzr istəyərək təzminat ödəmək, ziyanı qarşılamaq və rəhmətə getmiş insanların ailələrinə lazım təzminatı ödəmək ən asan bir yoldur:
“Rusiya rəsmləri də geci tezi özlərinə cəsarət taparaq bu yolu tutmalıdırlar. Çünki dünya tarixində yaxın dövrdə də buna bənzər çoxlu hadisələr olub ki, asanlıqla bu narahatııq aradan qaldırılıb. 
Xüsusilə də unutmamalıdır ki, Azərbaycan və Rusiya arasında kifayət qədər münasibətlərinin müsbətə doğru inkişafı ilə bağlı faktlar var. Rusiyanın ən dar günlərində Azərbaycan digər keçmiş Sovet İmperiyasına üzv olan dövlətlərdən fərqli olaraq Rusiyadan üzv çevirmədi. Rusiya ilə müttəfiqlik sənədi imzaladı. Bu gün Azərbaycan Rusiyanın ən yaxın tərəfdaşlarından biridir”.
Deputat qeyd edib ki, Rusiya siyasi rəhbərliyi qətiyyən hansısa erməni lobbisinin təsiri altında olan və Rusiyanın gələcəyini düşünə bilməyən və faktiki olaraq kimlərinsə sifarişini yetirən bəzi siyasətçilərə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa imkan verməməlidir:
“Bu yol nəticə etibarı ilə Rusiyaya heç bir fayda gətirəsi deyil. Xüsusilə də uzun illərdir ki, Rusiyada yaşayan, Rusiya dövlətinin güclənməsinə xidmət edən,  yəni Rusiya iqtisadiyyatına töhfə verən azərbaycanlıların bizneslərinin əlindən alınması və yaxud da onların ölkədən çıxarılması ilə bağlı absurd fikirlər irəli sürmək, yalnız Rusiya və Azərbaycan dostluğuna xələl gətirə bilən yanaşmalardır. Bunun tirajlanmasının da qarşısı mütləq alınmalıdır.
Bir sözlə, Rusiya mediası tərəfindən tirajlanan və Rusiyanın bəzi siyasətçiləri tərəfindən çox əsası, kökü olmayan və xüsusilə də Rusiya-Azərbaycan münasibətlərinə heç bir fayda gətirməyən fikirlərin, yanaşmaların tirajlanması qəbul edilməzdir. Onlar sanki bu yolla Azərbaycana təzyiq edə biləcəklər. Bu yanaşma tamamilə yanlışdır. Azərbaycan bütün dostlarına, qonşularına həmişə sədəqətli olduğunu sübut edib. Mən düşünürəm ki, xüsusilə də Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin müsbətə doğru inkişaf etməsini istəməyən qüvvələrin söz sahibi olmasına imkan verilməməlidir. Bu, ağır və çətin dövrdə arxada qalacaqdır.  Münasibətlərin gərginləşməsinə xidmət edən qüvvələr və xüsusilə də siyasətçilər və media nümayəndələri bu etdiklərindən böyük ehtimalla peşman olacaqlar. 
Xüsusilə də unutmamalıyıq ki, Rusiyada hələ də Ermənistanı, erməni şovinizmini və erməni mövqeyini açıq şəkildə müdafiə edən media nümayəndələri, media qurumları var.
Bu baxımdan da biz bacardığımız qədər bu məsələlərdə hüquqi müstəvidən çıxış etməliyik və çalışmalıyıq ki, ən qısa zamanda bu soyuqluq aradan qaldırılsın. 
İnanıram ki, Rusiya siyasi rəhbərliyi özündə cəsarət taparaq hansısa məmurların şıltaqlığına Azərbaycan-Rusiya münasibətlərini qurban verməyəcək. Əks təqdirdə Azərbaycanın da kifayət qədər Rusiyaya və Rusiyada bu xoşa gəlməz fikirləri tirajlayan qüvvələrə təsir etmək gücü və alətləri var. Ancaq, Azərbaycan səbrlə davranır və proseslərin hüququ müstəvidə həll olunmasını gözləyir. 
İnanırıq ki, tezliklə bu münasibətlərə kölgə salmaq istəyən qüvvələr də istədiklərinə çatmayacaqlar. Münasibətlər öz normal məcrasına qayıdacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri