Icma.az
close
up
RU
“A+CO” şirkətinin əməkdaşı məhkəmə zalından həbs edildi

“A+CO” şirkətinin əməkdaşı məhkəmə zalından həbs edildi

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Göyçay Rayon Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Rəşad Hacıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbsə alınıb.


İttihama görə, Rəşad Hacıyev 17 mart 2022-ci il tarixdən 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində “A+CO” ASC-nin Göyçay filialının Ağdaş bölgəsinin satış üzrə nümayəndəsi vəzifəsində işləyib. O, vəzifə təlimatına əsasən satışın təşkili, satış məntəqələrində olan maddi vəsaitə nəzarət edilməsi, inventarlar üzrə qalığın çıxarılması və sair xidmətlərin göstərilməsi üçün ona etibar olunan əmlakın satışını təşkil edərək müştərilərdən aldığı sifarişlər əsasında ASC tərəfindən ona təhkim olunmuş terminal ilə elektron formada yazdığı faktura əsasında mal sifariş vermək, satılmış mallara görə müştərilərdən aldığı pulları tam şəkildə, vaxtında şirkətin xəzinəsinə ödəmək və digər səlahiyyətlərə malik şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib. Rəşad Hacıyev ASC-yə məxsus ümumilikdə 17901 manat məbləğində pulu ASC-nin Göyçay şəhərində yerləşən Göyçay filialının xəzinəsinə təhvil verməyərək mənimsəyib. Eyni zamanda 8100 manat dəyərində mal sifariş etməsi kimi bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törədib.

Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see156

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see120

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see115

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see113

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see111

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri