Icma.az
close
up
RU
Hovuza və dənizə gedərkən bunlara diqqət edin

Hovuza və dənizə gedərkən bunlara diqqət edin

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay mövsümünün başlaması ilə dəniz və hovuzlara axın artır. Bu zaman valideynlərin övladlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi diqqət göstərməsi zəruridir.

Bəs hansı təhlükəsizlik tədbirləri görmək lazımdır? 

News24.az Milli.Az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuralliyev bildirir ki, istirahət zamanı uşaqların su ilə təmasda olduğu hər an valideyn nəzarəti vacibdir.

O qeyd edir ki, uşaqlar nə qədər yaxşı üzməyi bacarsalar da, onların təkbaşına suya daxil olmasına icazə verilməməlidir. Xüsusilə dərinlik dəyişən ərazilərdə təhlükə riski yüksəkdir.  Uşaqlar üçün nəzərdə tutulmuş ərazilər seçilməlidir:

"Dənizdə və ya hovuzda uşaqlar üçün ayrılmış təhlükəsiz zonalara üstünlük verilməlidir. Bu zonalar adətən xilasetmə xidmətlərinin nəzarətində olur. Hovuz və dəniz ətrafında sürüşkən səthlərə diqqət yetirilməlidir. Uşaqların qaçması, sürüşməsi və yıxılması nəticəsində baş verən xəsarətlər yay aylarında tez-tez rast gəlinən hallardandır. Uzun müddət günəş altında qalmaq uşaqlarda günvurma və dəri yanığına səbəb ola bilər. Uşaqlara günəş kremi çəkilməli, baş geyimi geydirilməli və günün ən isti saatlarında (12:00-16:00) birbaşa günəş şüalarından qorunmalıdırlar.Uşaqların sağlamlığı üçün suyun gigiyenik vəziyyətdə olması önəmlidir. Şübhəli və təmizliyi təmin edilməyən hovuzlardan uzaq durmaq tövsiyə olunur. Xüsusilə tanımadıqları və dərinliyi bilinməyən ərazilərdə uşaqların suya atlanması ciddi təhlükələr doğura bilər. Ən azı suyun üzərində qalmaq, təhlükə zamanı kömək istəmək və panikaya düşməmək kimi bacarıqlar uşaqlara erkən yaşda öyrədilməlidir".

Ekspert tövsiyə edir ki, yay istirahətinin təhlükəsiz keçməsi üçün valideyn məsuliyyəti və diqqəti əsas şərtdir. Uşaqların sağlamlığı və təhlükəsizliyi hər şeydən önəmlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyun 2025 02:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri