Icma.az
close
up
RU
Acqarına idman etmək OLAR? Mütəxəssis xəbərdarlıq edir

Acqarına idman etmək OLAR? Mütəxəssis xəbərdarlıq edir

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə və zədələnmə riski arta bilər.

Milli.Az xəbər verir ki, bu barədə fitnes mütəxəssisi İrina Maltseva xarici mediaya açıqlamasında danışıb. Onun sözlərinə görə, acqarına edilən məşqlərdə əsas məqam seçilən fiziki aktivliyin növüdür. Belə ki, 30-60 dəqiqəlik yüngül gəzinti, sakit tempdə qaçış, velosiped sürmək və ya dartınma hərəkətləri bədən üçün ciddi problem yaratmır.

Lakin ağır çəkilərlə məşqlər, sprint qaçışları, yüksək intensivlikli proqramlar, uzunmüddətli kardio və xüsusilə ayaq məşqləri acqarına icra olunduqda halsızlıq, başgicəllənmə və müxtəlif travmalarla nəticələnə bilər.

Mütəxəssis bildirir ki, yüngül səhər məşqlərindən əvvəl 300-500 ml su içmək kifayət edir. Əgər planlaşdırılan məşq daha intensivdirsə, 2-3 saat öncə normal qidalanmaq, minimum halda isə məşqdən bir saat əvvəl yüngül qəlyanaltı məsələn, qatıq və ya banan qəbul etmək tövsiyə olunur.

Bundan əlavə, ağır fiziki yüklənmədən əvvəl bədənin su balansına diqqət yetirilməlidir. Susuzluq orqanizmin tez bir zamanda maye itirməsinə səbəb ola bilər ki, bu da məşq zamanı performansı aşağı salır və sağlamlıq üçün risk yaradır.

Eyni zamanda qeyd olunur ki, səhərlər tez-tez başgicəllənmə, aşağı təzyiq, yuxu problemləri yaşayan şəxslər, eləcə də diabet xəstələri acqarına idmandan uzaq durmalıdırlar. Həmçinin alkoqol qəbulundan sonra, hamiləlik dövründə və xəstəlikdən sonra bərpa mərhələsində fiziki aktivlikdən əvvəl mütləq qida qəbul etmək tövsiyə edilir. 

Asya
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 May 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri