Acun məhkəmədə “Fənərbağça”ya qalib gəldi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun İlıcalı ilə klub prezidenti Əziz Yıldırım arasında yaranan loja qalmaqalında yeni qərar verilib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, İlıcalının “Chobani” stadionunda istifadə etdiyi lojanın müqaviləsi mövsümün əvvəlində ləğv edilmişdi. Klub rəhbərliyi həmin lojadan bundan sonra “Prezident lojası” kimi istifadə etməyi planlaşdırırdı.
İlıcalı isə müqaviləyə xitam verilməsinin hüquqi əsasının olmadığını bildirərək məhkəməyə müraciət etmişdi. Onun sözlərinə görə, lojaya görə ödənişi kluba dəstək məqsədilə 3 il əvvəlcədən həyata keçirilib.
Əziz Yıldırım isə məsələ ilə bağlı açıqlamasında lojadan şəxsi məqsədlə deyil, “Fənərbağça” prezidentlərinin istifadəsi üçün yararlanılmalı olduğunu müdafiə etmişdi.
Məhkəmə avqustun 19-da Ilıcalının lehinə qərar çıxarıb. Qərara əsasən, loja Acun İlıcalıya qaytarılmalıdır.
Bundan əlavə, 2026-2027 futbol mövsümünün sonuna qədər həmin lojaya dair üçüncü şəxslərə satış və ya devrin həyata keçirilməsi də müvəqqəti qadağan edilib. Beləliklə, təxminən bir aydır davam edən loja mübahisəsində hazırkı mərhələdə Acun İlıcalı hüquqi üstünlük əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Avqust 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















