Icma.az
close
up
RU
“ACWA Power” ilin fəal xarici şirkəti oldu

“ACWA Power” ilin fəal xarici şirkəti oldu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Qurum “yaşıl” quruculuq aparır, dəniz suyunu şirinləşdirir

Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan “ACWA Power” Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi “Dayaq” mükafatı tədbirində 2024-cü ilin “Fəal xarici şirkəti” adına layiq görülüb.

Mükafatı qəbul edən Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven bildirib: “Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji potensialını 30 faizə çatdırmaq və istixana qazı emissiyalarını 35 faiz azaltmaqla öz iqtisadiyyatını dekarbonizasiya etmək üçün ilhamverici hədəflər müəyyənləşdirib. Strateji mövqeyi və geniş “yaşıl” enerji potensialı ilə Azərbaycan regionda və onun hüdudlarından kənarda “yaşıl” enerjinin inkişafı və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır”. Təmsil etdiyi şirkətin Azərbaycanın bu strategiyasını dəstəklədiyini vurğulayan Səlim Güvən ölkədə “yaşıl” enerji və suyun duzsuzlaşdırılması layihələrinə sərmayə yatırmağa böyük maraq göstərdiyini bildirib.

Xatırladaq ki, bu ilin sentyabr ayında “ACWA Power” Azərbaycan və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında “yaşıl” sahibkarlığın təşviqi və ölkədə mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bundan əlavə, “ACWA Power” ölkəmizdə keçirilmiş mühüm iqlim tədbiri olan COP29-un enerji və su tərəfdaşı seçilmişdi.

“ACWA Power” şirkəti Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələrinin də fəal iştirakçısıdır. Şirkət hazırda 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının inşasını həyata keçirir. Ötən müddətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının təməli 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə qoyulub. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan verəcək.

Ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələrindəndir. Eyni zamanda, stansiya Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerjisi istehsal edən qurğusu olacaq. Stansiyada hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəaliyyət göstərəcək. 25 il müddətinə “tikinti-sahiblik-istismar” (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək stansiya “ACWA Power” şirkəti tərəfindən idarə ediləcək. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyən bu layihə, həm də qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.

Yeri gəlmişkən, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış “ACWA Power” şirkəti Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yetirən şirkət 4 mindən çox işçi heyəti ilə təmsil olunur. Onların isə 60 faizi fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir. Şirkətin portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 90 layihədən ibarətdir və ümumi sərmayə dəyəri 94,3 milyard ABŞ dolları təşkil edir. “ACWA Power” şirkəti hazırda, ümumilikdə, 65,6 qiqavat enerji istehsalı gücünə malik layihələr həyata keçirir və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri