Icma.az
close
up
RU
ACWA Power 2024cü ilin Fəal Xarici Şirkəti adına layiq görülüb

ACWA Power 2024cü ilin Fəal Xarici Şirkəti adına layiq görülüb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Enerji keçidi sahəsində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan "ACWA Power Azərbaycan"ın İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi "Dayaq" Mükafatı tədbirində 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb.

Mükafatı "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven qəbul edib.

"Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-ə çatdırmaq və istixana qazı emissiyalarını 35% azaltmaqla öz iqtisadiyyatını dekarbonizasiya etmək üçün ilhamverici hədəflər müəyyənləşdirib. Strateji mövqeyi və geniş yaşıl enerji potensialı ilə Azərbaycan, regionda və onun hüdudlarından kənarda yaşıl enerjinin inkişaf və təmin olunmasında əsas oyunçulardan birinə çevrilməyə hazırdır. "ACWA Power Azərbaycan"ın bu strategiyasını dəstəkləyir və ölkədə yaşıl enerji və suyun duzsuzlaşdırılması layihələrinə sərmayə yatırmağa böyük maraq göstərir", - deyə Selim Güven bildirib.

Qeyd edək ki, bu ilin sentyabr ayında "ACWA Power Azərbaycan" və Kiçik və Orta Biznesin İnkişaf Agentliyi arasında yaşıl sahibkarlığın təşviqi və Azərbaycanda mikro, kiçik və orta müəssisələr üçün iqlim dəyişikliyi məsələlərinin həlli üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bundan əlavə, "ACWA Power" ölkədə keçirilmiş mühüm tədbir olan COP29-un Enerji və Su Tərəfdaşı olmuşdu. Hal-hazırda şirkət, investisiya dəyəri 340 milyon ABŞ dolları olan, 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasını inşa edir.

"ACWA Power" haqqında

"ACWA Power" (TADAWUL:2082) Səudiyyə Ərəbistanının səhmdar şirkəti, dünyanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması üzrə özəl şirkəti və yaşıl enerjiyə keçid üzrə lideridir. 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılmış "ACWA Power", Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərir. Lokalizasiyaya xüsusi diqqət yetirən "ACWA Power", 4,000-dən çox işçi heyəti ilə təmsil olunur və onların 60%-i fəaliyyət göstərdiyi ölkələrin yerli əhalisidir. Şirkətin portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 90 layihədən ibarətdir və ümumi sərmayə dəyəri 94.3 milyard ABŞ dolları təşkil edir. Şirkət, ümumilikdə 65.6 GVt enerji istehsalı gücünə malik layihələr həyata keçirir və gündəlik 8 milyon kubmetr duzsuzlaşdırılmış su istehsal edir.

Daha ətraflı məlumat üçün: www.acwapower.com

Əlaqə üçün: [email protected]

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri