Icma.az
close
up
RU
“ACWA Power” COP29un rəsmi tərəfdaşı oldu

“ACWA Power” COP29un rəsmi tərəfdaşı oldu

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın ən böyük duzsuzlaşdırılmış su təchizatçısı, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə lider olan “ACWA Power” şirkəti COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olub.

COP29 tədbiri zamanı “ACWA Power” şirkəti davamlı enerji və su həllərinə dair ciddi ehtiyac barədə məlumatlılığı artırmaq məqsədilə öz platformasından istifadə edəcək. Şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşlar və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün bu unikal platformadan yararlanmaqdır. Dialoq və ideya mübadiləsi vasitəsilə “ACWA Power” COP29-un rəsmi tərəfdaşları ilə birlikdə enerji keçidində irəliləyiş əldə etməyi və öz davamlılıq təşəbbüslərini nümayiş etdirmək fürsətindən istifadə etməyi planlaşdırır.

COP29-un tərəfdaşı olduğunu elan edən “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli bildirib ki, COP29 enerji keçidinə doğru addım atan hər kəsə bərpa olunan enerji və su təhlükəsizliyi həllərini genişləndirmək üçün zəruri olan mütərəqqi siyasətləri müdafiə etmək imkanı verir: “COP29-a qatılmaqla "ACWA Power" qlobal tərəfdaşlıqlarını gücləndirir, yalnız bərpa olunan enerji sahəsində deyil, həm də hər kəs üçün davamlı və ədalətli bir gələcək yaratmaqda lider olaraq mövqe qazanır”.

“ACWA Power”  şirkəti qarşısına 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq kimi iddialı məqsədlər qoyub. Şirkət həmçinin növbəti beş il ərzində enerji tutumunun 85%-ni bərpa olunan mənbələri əlavə etməyi planlaşdırır. “NEOM Yaşıl Hidrogen Layihəsi” kimi aparıcı layihələr “ACWA Power”-in iqlim dəyişmələri ilə mübarizə aparan şirkət olduğunu göstərməklə yanaşı, həmçinin qlobal miqyasda iqtisadi artım imkanları yaradan innovativ həllər təklif edən şirkət olduğunun göstəricisidir,”-  deyə Marko Arçelli əlavə edib.

Qeyd edək ki, 2004-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaradılan “ACWA Power” şirkətinin hal-hazırda 4000-dən çox işçisi vardır. Şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfoliosu 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon m³ duzsuz su hasil edə bilir.

Qeyd edək ki, 2004-cü ildə Səudiyyə Ərəbistanında dövlət qeydiyyatına alınmış “ACWA Power” (TADAWUL:2082) şirkəti duzsuzlaşdırılmış su təchizatçısı üzrə dünyanın ön böyük özəl şirkətidir, yaşıl hidrogen sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 4000-dən çox içisi olan Şirkət hazırda Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 13 ölkəsində fəaliyyət göstərir. Şirkətin portfeli 94.3 milyard ABŞ dolları dəyərində fəaliyyət göstərməkdə, hazırlanma mərhələsində və ya tikilməkdə olan 90 layihədən ibarətdir. Şirkət icra etdiyi layihələr vasitəsilə 65 GW enerji istehsal edə bilir və gündə 8 milyon m³ duzsuz su hasil edə bilir. Bu enerji və su, dövlət müəssisələri və sənayelərin ehtiyaclarını qarşılamak üçün uzunmüddətli alıcı müqavilələri çərçivəsində, utilit xidmətlərinin xaricdən təmin edilməsi və dövlət-özəl tərəfdaşlıq modelləri altında kütləvi şəkildə təmin edilir.

Daha çox məlumat üçün keçidə daxil ola bilərsiniz: www.acwapower.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri