Icma.az
close
up
RU
ADA Universitetində 14 cü Karyera Sərgisi keçirilib

ADA Universitetində 14 cü Karyera Sərgisi keçirilib

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Aprelin 24-də ADA Universitetində ABB-nin baş sponsorluğu, "Bahar Energy Operating Company"nin aparıcı tərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə 14-cü Karyera Sərgisi keçirilib.

ADA-nın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, ümumilikdə 150 şirkətin və 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya, energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət göstərən peşəkarlar ADA Universitetinin tələbə və məzunları ilə birbaşa ünsiyyət qurublar. Onlar gənclərə mövcud iş və təcrübə imkanları barədə ətraflı məlumat verməklə yanaşı, həm də potensial namizədlərlə ilkin müsahibələr aparıblar.

Tədbirin rəsmi hissəsində ADA Universitetinin prorektoru Günay Ziyadova, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB-nin İnsan resursları idarə edilməsi departamentinin direktor müavini Nurxan Babayev və "Bahar Energy Operating Company"nin İnsan Resursları departamentinin direktoru Orxan Əliyev çıxış edərək bu platformanın gənc istedadların yetişməsindəki rolunu vurğulayıblar.

Sərgi həm də "Karyera Hazırlığı Həftəsi"nin yekun akkordu kimi yadda qalıb. Bağlanış mərasimində xüsusi seçim mərhələlərindən uğurla keçmiş 170-dən çox tələbənin adı açıqlanaraq onlara nüfuzlu şirkətlərdə yay təcrübəsi imkanları təqdim olunub. Qeyd edilən tələbələr həftə ərzində maliyyə, audit, informasiya texnologiyaları və konsaltinq kimi sahələrdə fəaliyyət göstərən 23 yerli və beynəlxalq müəssisənin peşəkarlarından dərs alıblar. Onlar müsahibələrə hazırlıq, şəxsi brendin qurulması və korporativ təqdimatlar mövzusunda həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək əmək bazarına ilk addımlarını atıblar.

Universitetin Karyera Xidmətləri şöbəsinin təşkilatçılığı ilə baş tutan bu genişmiqyaslı layihədə ümumilikdə iki mindən çox ADA-lı iştirak edib. Bu təşəbbüs gənclərə peşəkar əlaqələrini genişləndirmək və əmək bazarının müasir tələbləri ilə yaxından tanış olaraq gələcək karyeralarını inamla planlaşdırmaq üçün əvəzolunmaz imkan yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Aprel 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri