Icma.az
close
up
RU
ADA Universitetində “TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda akademiya sənaye görüşü keçirilib

ADA Universitetində “TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda akademiya sənaye görüşü keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 aprel, AZƏRTAC

ADA Universiteti Fondu (ADAF) və Fondun daimi tərəfdaşlarından olan “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə “TechFront: Texnologiyanın sərhədlərini kəşf et” mövzusunda akademiya-sənaye görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Universitetin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin akademik dəstəyi ilə baş tutan tədbirin məqsədi süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik kimi mühüm texnologiya sahələrindəki yenilikləri və perspektivləri müzakirə etmək, eləcə də gənc startaplara və texnologiya mütəxəssislərinə bilik və şəbəkələşmə imkanları yaratmaq olub.

Tədbirin açılışında Corc Vaşinqton Universitetindən Stefan Keysler, ADA Universitetinin professoru Cəmaləddin Həsənov və “PAŞA Holding”in mütəxəssisi Rağib İskəndərli çıxış edib, texnologiyanın inkişaf istiqamətləri, akademiyanın rolu və sənaye əməkdaşlığının əhəmiyyətinə toxunublar.

İştirakçılar süni intellektin sürətli inkişafı, kibertəhlükəsizlikdə risklərin artması və proqram mühəndisliyində yeni tendensiyalarla bağlı ekspertlərin təqdimatlarını dinləyiblər.

Daha sonra panel müzakirələrinə start verilib. ADA Universitetinin müəllimi Samir Məmmədovun moderatorluğu ilə keçirilən “Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusundakı ilk paneldə “Azercell” və “Unibank” nümayəndələri süni intellektin sosial və iqtisadi təsirləri, etik tərəfləri və tətbiq sahələrini müzakirə ediblər.

“PAŞA Bank”ın mütəxəssisi Müşviq Quluzadənin moderatorluğu ilə keçirilən və Proqram mühəndisliyinə həsr olunmuş ikinci paneldə isə ADA Universiteti, “BirBank” və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri “Gələcəyin qurulması: Bunu necə reallaşdıracağıq?” sualı ətrafında proqram təminatı arxitekturası, məhsul yönümlü yanaşma və texnoloji liderlik mövzularına toxunublar.

ADA Universitetinin müəllimi Rəşad Əliyevin moderatorluğu ilə keçirilən Kibertəhlükəsizlik panelində “Code Academy”, “Azercell” və müvafiq dövlət qurumlarının ekspertləri “Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusunda müzakirələr aparıblar. Paneldə rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı tədbirlər ön plana çəkilib.

Forum çərçivəsində iştirakçılara şəbəkə imkanları da təqdim olunub. ADA Universitetinin tələbə startap komandaları öz layihələrini nümayiş etdiriblər və iştirakçılarla interaktiv təqdimat və fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda “Ən Yaxşı Startap” və panellər üzrə “Ən Yaxşı Sual” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri