Icma.az
close
up
RU
ADA Universitetinin 3cü Məzun Forumu İtaliyada keçirilib

ADA Universitetinin 3cü Məzun Forumu İtaliyada keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib.

“İlhamlandır. Təsir et. Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA məzunlarını, idarəetmə, eləcə də professor-müəllim heyətinin üzvlərini bir araya gətirib.

Forum iştirakçıları universitetin planlarını, daim inkişaf edən əmək bazarının indiki və gələcək trendlərini, yeni tendensiyalarını, çətinliklərini və imkanlarını müzakirə ediblər. İştirakçılar, həmçinin məzunların mobilliyini təmin edəcək layihələr üzrə əməkdaşlıq imkanları barədə düşüncələrini bölüşüblər.

Forum Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun və Romadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadənin salamlama nitqləri ilə davam edib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış ediblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov təhsil ocağının inkişaf planlarına dair ümumi məlumat verib və gələcək üçün strateji hədəflərini açıqlayıb. Onun moderatorluğu ilə keçirilən “İş mühitinin gələcəyi: Universitetlər necə uyğunlaşmalıdırlar?” mövzusundakı sessiyada təhsilə və əmək bazarının inkişafına təsir edən faktorlar müzakirə olunub.

Universitetin dosenti Anar Vəliyevin “ADA məzunlarının daha güclü təsir üçün hərəkətə gətirilməsi” mövzusundakı sessiyasında isə məzunları daha fəal əməkdaşlığa sövq etmək üçün nəzərdə tutulan innovativ layihələr ətrafında fikir mübadiləsi aparılıb.

ADA Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvü Səbuhi Xəlili deyib: “Forum məzunların bir-biri ilə əlaqələrinin yenidən qurulması üçün əla fürsətdir. Bu tədbir bizə tələbəlik günlərimizin mehriban ab-havasını canlandırmağa, ADA Universitetinin böyüməsinə və ümumilikdə isə cəmiyyətin inkişafına öz töhfəmizi verməyə ruhlandırır”.

Qeyd edək ki, ADA Universiteti Məzunlarının Forumu hər il 100-dək məzunun iştirakı ilə müxtəlif ölkələrdə keçirilir və tədbir zamanı birgə fəaliyyət istiqamətləri müzakirə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri