ADAU da növbəti Karyera Günü keçirilib FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin peşəkar inkişafının dəstəklənməsi və əmək bazarına daha hazırlıqlı çıxışının təmin olunması məqsədilə “Prime Cotton” MMC ilə birgə Karyera Günü təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirin əsas məqsədi tələbələri aqrar sahədə fəaliyyət göstərən qabaqcıl yerli şirkətlərlə tanış etmək, onların ixtisasları üzrə real iş mühiti və gələcək məşğulluq imkanları barədə məlumatlandırmaq, həmçinin tələbələrin praktiki biliklərini artırmaqdan ibarətdir.
Karyera günündə “Prime Cotton” MMC-nin nümayəndələri şirkətin fəaliyyət istiqamətləri, aqrar istehsalat zənciri, müasir texnologiyaların tətbiqi, insan resursları strategiyası və işə qəbul prosesi barədə ətraflı təqdimatlar edərək, tələbələrin suallarını cavablandıraraq, onlarla fərdi müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















