ADAU rektoruna “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və rəhbərlik nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovla görüşüb.
"Unikal"ın məlumatına görə, görüşdə Zəfər Qurbanov bildirib ki, gənclərin yeni ideyaları, enerjisi və yaradıcılığı Aqrar Universitetinin inkişafına mühüm töhfə verir. Rektor deyib ki, universitetdə gənclərin təşəbbüslərini dəstəkləmək, onların sosial və akademik fəallığını artırmaq əsas prioritetlərdəndir. Xüsusilə, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətindən danışan Rektor, ATGTİ ilə ali təhsil müəssisəsinin sıx əməkdaşlığına da diqqət çəkib.
Rəşad Zeynalov ADAU rəhbərliyinin gənclərin inkişafına göstərdiyi diqqət və dəstəyi xüsusi vurğulayaraq Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin ölkənin ictimai-siyasi və sosial həyatında aktiv olduqlarını bildirib.
Sonda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















