Icma.az
close
up
RU
BMU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb FOTOLAR

BMU “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb.

"Unikal" xəbər verir ki, ATGTİ-nin rəhbər heyəti bu məqsədlə BMU-da olub və rektor Yaqub Piriyevlə görüşüb.  

Görüşdə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan, onların hərtərəfli inkişafı üçün atılan çoxşaxəli addımlardan, habelə bu çərçivədə BMU-nun gənclərlə bağlı gördüyü müsbət işlərdən geniş bəhs olunub. 

ATGTİ-nin sədri Rəşad Zeynalov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər, nəzərdə tutulan yeniliklər və  gələcək layihələri barədə ətraflı məlumat verib, eyni zamanda bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən danışıb.  

Rektor Yaqub Piriyev gənclərin inkişafı, onların karyera yüksəlişi, ictimai-sosial həyatlarının səmərəli təşkili üçün irəli sürülən bütün təşəbbüslərin alqışalayiq olduğunu vurğulayıb. Rektor BMU-da gənclər təşkilatları və klublarının fəaliyyətinin hər zaman dəstəkləndiyini, onların ideya və layihələrinin diqqətdə saxlanıldığını fikirlərinə əlavə edib. Bununla yanaşı, son dövrlər gənclərlə bağlı universitetdə gerçəkləşdirilən yenilikləri nəzərə çatdırıb.

Görüşdə həyata keçiriləcək mümkün birgə layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonda rektor Yaqub Piriyevə Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi töhfəyə görə “Yenilikçi və İnkişaf Mükafatı” təqdim edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri