Icma.az
close
up
RU
Memarlıq ənənələri və müasir çağırışlar ADAU da elmi konfrans

Memarlıq ənənələri və müasir çağırışlar ADAU da elmi konfrans

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Gəncə, 30 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Azərbaycan şəhərlərinin memarlıq siması: tarixi ənənələr və müasir çağırışlar” mövzusunda elmi konfrans təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasında şəhər mühitinin formalaşdırılmasına, memarlıq irsinin qorunmasına və müasir urbanizasiya proseslərinin elmi əsaslarla tənzimlənməsinə verilən yüksək önəmin bariz göstəricisidir. Onun sözlərinə görə, bu təşəbbüs şəhərsalma və memarlıq sahəsinin sosial-iqtisadi inkişafının, mədəniyyətin və milli kimliyin mühüm tərkib hissəsi kimi dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu təsdiqləyir.

Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu şəhərsalma və memarlıq strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin parlaq nümunəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə innovativ yanaşmalar əsasında aparılan bərpa-yenidənqurma işləri Azərbaycanın şəhərsalma və memarlıq sahəsinə sistemli və strateji baxışını açıq şəkildə nümayiş etdirir.

Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin tarixi”, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev “Qədim Gəncə ərazisində mədəni irsin izləri”, AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov “Nizami Gəncəvi məqbərəsi Gəncə memarlığının şah əsəri kimi”, ADAU-nun İctimai fənlər kafedrasının dosentləri Samirə Qasımova “Azərbaycan memarlığında multikulturalizm ənənələrinin tarixi təzahürü” və Zümrüd Qəhrəmanova “Heydər Əliyev irsi: şəhərsalma və memarlıqda milli identiklik” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda Azərbaycanın şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixi, ölkənin İpək yolu üzərində yerləşməsi ilə bağlı formalaşmış ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi rolu, Şərq ölkələri ilə qurulan sıx iqtisadi, siyasi və mədəni əlaqələr geniş şəkildə təhlil olunub. Bununla yanaşı, tarixən təşəkkül tapmış şəhərsalma sistemlərinin qorunması istiqamətində görülən işlər, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar, həyata keçirilən tədbirlər, memarlıq abidələrinin bərpası üzrə aparılan planlı fəaliyyət diqqətə çatdırılıb.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərdən bəhs olunub, milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması sahəsində mühüm nailiyyətlərin əldə edildiyi vurğulanıb.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri