Icma.az
close
up
RU
ADB Azərbaycanın regional enerji ticarət mərkəzinə çevrilməsinə kömək edəcək

ADB Azərbaycanın regional enerji ticarət mərkəzinə çevrilməsinə kömək edəcək

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında enerji və nəqliyyat ticarəti üzrə strateji regional mərkəzə çevrilməsi üçün ölkə ilə əməkdaşlıq edəcək. SİA ADB-nin hesabatına istinadən xəbər verir ki, bankın 2025-2029-cu illər üçün tərəfdaşlıq strategiyası Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Bank yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və innovativ həllərin tətbiqi sahəsində özəl sektora dəstəyi davam etdirəcək.

"Bu, qeyri-dövlət sektoru üçün yeni maliyyə məhsullarının təklif edilməsini və mikro, kiçik və orta müəssisələrin dəstəklənməsini əhatə edəcək. İnklüziv artımı təşviq etmək üçün ADB səylərini regionların inkişafına və qadınlar və həssas əhali qrupları üçün üstünlüklərin təmin edilməsinə yönəldəcək. ADB və Azərbaycan birlikdə ölkənin və onun vətəndaşlarının maraqları naminə yüksək nəticələrə nail olmağa çalışacaq", - hesabatda qeyd olunub.

2024-cü ildə ADB Azərbaycana 223,06 milyonABŞ dolları məbləğində kredit ayırıb ki, bunun 131,5 milyon ABŞ dolları suveren kreditlər, 91,56 milyon ABŞ dolları isə qeyri-suveren kreditlərdir. Ötən il texniki yardımın məbləği 3,63 milyon ABŞ dolları təşkil edib. Bütün öhdəliklərin ümumi məbləği 226,9 milyon ABŞ dollarına çatıb.

31 dekabr 2024-cü il tarixinə ADB-nin Azərbaycanın özəl sektorunda ödənilməmiş qalıq və öhdəliklərin ümumi həcmi 143,29 milyon ABŞ dolları təşkil edib ki, bu da bankın özəl sektor portfelinin 1,11 %-nə bərabərdir.

"ADB özəl sektorun inkişafında Azərbaycanın əsas tərəfdaş olaraq qalır, günəş enerjisi sahəsində layihələri, kənd təsərrüfatında əlavə dəyər zəncirlərinin yaradılmasını və bank sektoru vasitəsilə maliyyə xidmətlərinə çıxışın genişləndirilməsini dəstəkləyir. Bank bu yaxınlarda Ticarətin Maliyyələşdirilməsi Proqramına iki əlavə kommersiya bankını daxil edib və kiçik və orta müəssisələrin maliyyələşdirilməsini davam etdirib", - hesabatda vurğulanıb.

2024-cü ilin sonuna ADB-nin suveren və qeyri-suveren kreditləri üzrə Azərbaycanın ödənişlərinin ümumi həcmi 4,07 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitlər adi və güzəştli kapital resursları hesabına ayrılıb.

Həmin tarixə ADB Azərbaycan üçün dövlət sektorunda ümumi məbləği 4,357 milyardABŞ dolları olan 71 əməliyyatı (kreditlər, qrantlar, zəmanətlər və texniki yardım) təsdiq edib. Cari dövlət portfeli 613,68 milyon ABŞ dolları məbləğində iki krediti və bir dövlət zəmanətini əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri