Icma.az
close
up
RU
ADB prezidenti:Azərbaycanın regional mərkəzə çevrilməsinə dəstək verəcəyik

ADB prezidenti:Azərbaycanın regional mərkəzə çevrilməsinə dəstək verəcəyik

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə ADB-nin Azərbaycanın inkişaf prioritetlərinə strateji dəstəyi, ölkənin Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat, ticarət və enerji mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.


APA-Economics” xəbər verir ki, ADB rəhbəri yeni Ölkə Tərəfdaşlıq Strategiyası (2025–2029) çərçivəsində bank Azərbaycanın inkişaf hədəflərinə dəstək üçün 2,5 mlrd. ABŞ dollarına qədər investisiya yatırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ADB ağıllı mobillik infrastrukturu, bərpaolunan enerji, rəqəmsallaşma və insan kapitalının inkişafı sahələrində hökumət və özəl sektorla birgə mühüm layihələr həyata keçirir.


Məlumata görə, ADB Azərbaycanın ixrac çeşidinin şaxələndirilməsi və yeni bazarlara çıxışın genişləndirilməsi üçün yaşıl və səmərəli infrastrukturun qurulmasına dəstək verir. CAREC 2-ci Dəhliz (Orta Dəhliz) və Transxəzər Yaşıl Dəhliz kimi layihələr regionda əlaqəliliyin artırılması, ticarətin asanlaşdırılması və Mərkəzi Asiyadan Avropaya bərpaolunan enerji resurslarının daşınmasına imkan yaradacaq. Region daxilində rəqəmsal ticarətin də genişlənəcəyi gözlənilir.


Masato Kanda səfər çərçivəsində Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşərək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.


ADB rəhbəri, həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsi üzrə yeni metro stansiyası sahəsinə baxış keçirib, eləcə də bank tərəfindən maliyyələşdirilən müasir anbar kompleksində olub. Bu kompleks ərzağa çıxış imkanlarının və təhlükəsizliyin artırılmasına töhfə verib. Kanda davamlı kənd təsərrüfatı təcrübələrini öyrənən kiçik fermerlərlə də görüşüb.


Qeyd edilib ki, ADB 1999-cu ildən bəri Azərbaycana nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, ticarət və fəlakət risklərinin azaldılması daxil olmaqla sahələrdə ümumilikdə 5,5 mlrd. ABŞ dolları həcmində maliyyələşdirmə və texniki yardım göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Noyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri