Icma.az
close
up
RU
Azərbaycanın qlobal aktora çevrilməsinə analitik baxış

Azərbaycanın qlobal aktora çevrilməsinə analitik baxış

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Qlobal güc balansının dəyişməsi, regional münaqişələrin artması, beynəlxalq institutlara etimadın zəifləməsi və ədalətli yanaşmaların getdikcə arxa plana keçməsi fonunda dövlətlərin xarici siyasət strategiyaları yalnız çeviklik deyil, eyni zamanda, prinsipiallıq tələb edir. Məhz bu mürəkkəb geosiyasi şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi beynəlxalq siyasət Azərbaycanı regional aktordan etibarlı, təşəbbüskar və söz sahibi olan qlobal iştirakçıya çevirib.

Prezident İlham Əliyevin xarici siyasət xəttinin əsas fərqləndirici cəhəti onun milli maraqlara söykənən, praqmatik və eyni zamanda, dəyərlərə əsaslanan xarakteridir. Azərbaycan nə ideoloji bloklaşmanın, nə də birtərəfli asılılıqların tərəfdarı olub, əksinə, suverenlik, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan diplomatik model formalaşdırıb. Bu yanaşma ölkəyə mürəkkəb beynəlxalq proseslərdə manevr imkanlarını qorumağa və uzunmüddətli strateji məqsədlərini reallaşdırmağa şərait yaradıb.

Bu sözlər Milli Məclisin deputatı Sevinc Fətəliyevanın mövzu il bağlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın Türk dünyasında liderlik rolu və Orta Asiya ilə strateji yaxınlaşma

Prezident İlham Əliyevin beynəlxalq siyasətində Türk dünyası xüsusi yer tutur. Azərbaycan Türk Dövlətləri Təşkilatının formalaşması və institusional inkişafında aparıcı rola malik olub, təşkilatı mədəni birlikdən siyasi, iqtisadi və təhlükəsizlik platformasına çevirib. Şuşa Bəyannaməsi, Qarabağ Bəyannaməsi, eləcə də TDT çərçivəsində keçirilən rəsmi və qeyri-rəsmi Zirvə görüşləri Azərbaycanın təşəbbüskarlığını və inteqrasiyaedici rolunu açıq şəkildə nümayiş etdirib.

Eləcə də, Orta Asiya ölkələri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla siyasi dialoq təkcə ikitərəfli deyil, çoxtərəfli formatlarda da dərinləşib, nəqliyyat-logistika dəhlizləri, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində konkret layihələrlə möhkəmlənib. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz Azərbaycanın Orta Asiya ilə Avropa arasında əsas körpüyə çevrilməsini təmin edib. Azərbaycan bu proseslərdə yalnız tranzit ölkə deyil, strategiya formalaşdıran və regional sinerji yaradan mərkəz kimi çıxış edir. Bu, Prezident İlham Əliyevin Türk dünyasında balanslaşdırıcı və birləşdirici lider imicini möhkəmləndirib.

Ədalətli qlobal yanaşmaların təşviqi və Qlobal Cənubun səsi

Prezident İlham Əliyevin beynəlxalq siyasətinin mühüm istiqamətlərindən biri də ədalət prinsipinin ardıcıl şəkildə qlobal səviyyədə gündəmə gətirilməsidir. Bunun nümunəsi olaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz inkişaf etməkdə olan dövlətlərin maraqlarının müdafiəsində fəal mövqe sərgiləyib, beynəlxalq münasibətlərdə ikili standartlara qarşı prinsipial çıxış edib. COVID-19 pandemiyası zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə qlobal miqyasda həmrəylik çağırışları edilib, peyvəndlərə bərabər çıxış məsələsi BMT səviyyəsində qaldırılıb. Bu yanaşma Azərbaycanın yalnız milli maraqlarını deyil, qlobal məsuliyyət anlayışını da prioritet hesab etdiyini göstərib.

Eyni zamanda, Prezident İlham Əliyev keçmiş müstəmləkə ölkələrinin hüquqlarının müdafiəsi, iqtisadi bərabərsizliklərin aradan qaldırılması və inkişaf etməkdə olan dövlətlərin beynəlxalq qərar qəbuletmə mexanizmlərində daha ədalətli təmsil olunması məsələlərində açıq və prinsipial mövqe nümayiş etdirib. Bu, Azərbaycanın Qlobal Cənubda etibarlı tərəfdaş və söz sahibi kimi qəbul edilməsinə səbəb olub.

Enerji və nəqliyyat diplomatiyası: müstəqilliyin strateji təminatı

Onu xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin xarici siyasətində enerji və nəqliyyat diplomatiyası əsas sütunlardan biri olaraq qalır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirib, ölkəyə siyasi və iqtisadi manevr imkanları qazandırıb. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın Avrasiya məkanında əsas logistika mərkəzinə çevrilməsini sürətləndirib. Bu layihələr Azərbaycanın beynəlxalq münasibətlərdə yalnız resurs ixracatçısı deyil, strateji əlaqələndirici ölkə kimi rolunu gücləndirib.

Beləliklə, Prezident İlham Əliyevin beynəlxalq siyasəti Azərbaycanın müasir tarixində keyfiyyətcə yeni mərhələ yaradıb. Bu siyasət ölkəmizi regional çərçivələrdən çıxararaq qlobal gündəmin formalaşmasında iştirak edən, ədalətli yanaşmaları təşviq edən və çoxtərəfli əməkdaşlığa real töhfə verən dövlətə çevirib. Azərbaycanın Türk dünyasında liderliyi, Orta Asiya ilə strateji tərəfdaşlığı və qlobal miqyasda prinsipial mövqeyi Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və məsuliyyətli liderliyinin nəticəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri