Icma.az
close
up
RU
Yunan mətbuatı: Afina Türkiyənin regional gücə çevrilməsinə mane ola bilmədi

Yunan mətbuatı: Afina Türkiyənin regional gücə çevrilməsinə mane ola bilmədi

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yunanıstanın aparıcı qəzetlərindən biri olan “Ta Nea”da “Türkiyə ilə bağlı uzunmüddətli strategiyamız əsas və struktur məqsədlərində tamamilə iflasa uğradı...” yazıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, qəzetdə dərc olunan məqalədə Afinanın Türkiyənin regional gücə çevrilməsinin qarşısını ala bilmədiyinə xüsusi diqqət çəkilib.

Yunanıstanın “Ta Nea” qəzeti 1973-cü ildən bəri Türkiyə-Yunanıstan münasibətlərini araşdırır. Yunanıstan Xarici İşlər Nazirliyinin Məsləhət Şurasının keçmiş üzvü Panayotis İoakeimidisin qəzetdə dərc olunan “Yunanıstanın uzunmüddətli strategiyası iflasa uğradı” başlıqlı məqaləsində Ankara-Afina əlaqələrində yarım əsrlik dövr təsvir edilib.

Yunanıstan Xarici İşlər Nazirliyinin Məsləhət Şurasının keçmiş üzvü, fəxri professor Panayotis İoakeimidis: “Uzunmüddətli strategiyamızın əsas məqsədi Türkiyənin regional super gücə çevrilməsinin qarşısını almaq idi və belə də qalır... Amma məğlub olduq. Türkiyə demək olar ki, bütün dünya tərəfindən super güc hesab edilir”, - deyə o qeyd edib.

İoakeimidis xatırladıb ki, 1973-cü ildə iki ölkə arasında həllini gözləyən ən mühüm məsələ “qitə şelfi” idi. O, qeyd edib ki, bu gün 12 məsələ ilə bağlı ciddi fikir ayrılıqları var. Professor Yunanıstanda artan silahlanmanın problemlərin həlli ola bilməyəcəyini vurğulayıb. O, Afinanın qeyri-real məqsəd və fərziyyələrdən uzaq, yeni uzunmüddətli strategiya qəbul etməli olduğunu qeyd edib.

İoakeimidis: “Son məqsəd iki ölkə arasındakı bütün problemləri həll etmək və Yunanıstan ilə Türkiyə arasında sıx tərəfdaşlıq və əməkdaşlığın mövcud zərurət olduğu siyasi reallığı qəbul etməkdir”, - deyib.

Yunanıstanın "SLPRESS" xəbər saytı "Baykar"ın İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace" ilə əməkdaşlığına da toxunub. “Türkiyə təkcə strateji sərmayə qoymadı, həm də Avropa müdafiə sənayesinin nüvəsinə “de-fakto” çıxış əldə etdi”, - deyə qeyd edib.

"Baykar"ın dünyanın bir çox ölkəsinə etdiyi ixracatla Ankaranın təsirini artırdığına da diqqət çəkilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri