Icma.az
close
up
RU
Adı hünər salnaməmizdə parlayan şəhid

Adı hünər salnaməmizdə parlayan şəhid

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Hər Vətən torpağı bir adla ucalır. Hər yurd yeri bir ömrün izini daşıyır. Azərbaycanın cənubundan - Masallının Çaxırlı kəndindən boylanan bir ömür vardı: sakit, mərd, təmənnasız bir igidin ömrü. Bu ömrün sahibi Namiq Nürəddin oğlu Bağırov idi. Onun həyatı kənardan çox sadə, hamı kimi görünə bilərdi. Amma onu tanıyan, sevən hər kəs bilirdi ki, Namiqin qəlbində çox böyük bir Vətən sevgisi var. Elə bir sevgi ki, onu sonda şəhidlik zirvəsinə ucaltdı.

lll

1984-cü ilin 30 avqustunda Masallının Çaxırlı kəndində anadan olub Namiq. Uşaqlığı ölkəmizin ən qaynar, ən keşməkeşli, ən acılarla dolu zamanına təsadüf edib. Paytaxtdan uzaqda yaşasa da, hər gün televiziya ekranından uşaq sadəliyi, amma bir yetkin ciddiyyəti ilə izləyirdi baş verənləri. 20 Yanvar qırğını, Qarabağ savaşı onun uşaq yaddaşının ən kövrək və ən ağrılı yerində əbədi iz salmışdı. Bu ağrı onda torpağına sahib çıxan, vətəninə sipər olan bir əsgər olmaq kimi böyük arzuya çevrildi.

İllər keçdi. Çaxırlının torpaq qoxusu, kəndin səhər dumanı, məktəbin səsi, buz bulaqların coşğun suları onu böyütdü. 2001-ci ildə hərbi xidmətə gedəndə artıq Namiq öz seçimini çoxdan etmişdi. Bu seçimlə o, uşaqlığından sevdiyi, seçdiyi sənəti - hərb sənətini davam etdirəcəkdi. Naxçıvanın sərt dağları, sərhəd küləkləri gənc oğlanın xarakterini möhkəmlətdi, iradəsini bərkitdi və onu Vətənə şərəflə xidmət edəcək hərbçiyə sevirdi.

Həqiqi xidmət bitdikdən sonra Namiq ordudan ayrılmadı. Həyatını MAHHXQ kimi davam etdirdi, layiqli bir hərbçi oldu. Ailəsini qurdu, bir qız atası oldu. Amma hər addımında Vətən sevgisi, xidmətdə qazandığı fəxri fərmanlar, medallar ona əsl məqsədini, ən ali arzusunu xatırlatdı. Qarabağın işğaldan azad olunmasını və bu azadlıq mücadiləsində özünün də iştirakını arzulayırdı Namiq.

Ailəsinin dediyinə görə, Namiq çox az danışardı, ancaq hər dediyi söz yerini tapardı. Gülüşü sakit, davranışı təmkinli idi. Eyni zamanda onda bir hərbçi qətiyyəti vardı. Hərbçi üçün isə dünya ailədən, kənddən, gündəlik qayğılardan daha böyük, daha geniş olur axı. Onlar təkcə özlərinin, ailələrinin, sevdiklərinin deyil, bütöv bir xalqın, geniş mənada isə dünyanın yükünü öz çiyinlərində daşımağa könüllü olurlar. Namiq də xalqının ən böyük problemi ilə yükləmişdi qəlbini.

Nəhayət, hamı kimi onun da gözlədiyi gün gəlib çıxdı. 2020-ci ilin 27 sentyabrında günəşin doğuşu ilə birlikdə xalqımız ayağa qalxdı. O gün Vətən öz doğma övladlarını çağırırdı. Bu çağırışa Namiq kimi igidlər dərhal və böyük sevinclə, qürurla səs verdilər.

Onun döyüş yolu Füzuli istiqamətindən başladı. Hər addımda minlərlə igidin nəfəsi, illərlə həsrətində olduğumuz torpaqların qoxusu var idi. Namiq silahdaşları ilə birgə Füzuliyə doğru irəlilədikcə ürəyində tək bir duyğu vardı: "Gedirik ki, torpaqlarımızı azad edək, oralarda azan səsi yenidən eşidilsin!"

O, döyüşlərdə xüsusi igidlik göstərdi. Komandirləri və əsgər yoldaşları bu gün də danışırlar ki, Namiq heç zaman geri çəkilmədi, ən öndə gedənlərdən oldu. Oktyabrın 6-sı isə onu sonuncu döyüş gözləyirdi. Namiq həmin gün də yalnız torpaqların azadlığını düşünərək, bu amal, bu niyyətlə Füzuli uğrunda gedən ağır döyüşlərdən növbətisinə qatıldı. Həmin döyüş də onun son döyüşü oldu. Çavuş Namiq Bağırov Vətənin azadlığı uğrunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucaldı.

Şəhidlik dünyanın ən ali məqamıdır. Bu, yalnız Tanrı tərəfindən seçilənlərə nəsib olur. Namiq həmin seçilmişlərdən idi. Onun mübarək nəşi doğma kəndində, Çaxırlıda son mənzilə yola salındı.

Onun bu şücaəti təkcə xalqın əbədi sevgisini deyil, həm də dövlətimizin diqqət və ehtiramını qazandı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda göstərdiyi yüksək fədakarlığa və şücaətə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Namiq Bağırov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.

Sinəsindən heç zaman asılmayacaq bu medallar onun adını Azərbaycanımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdi. Bəli, şəhidlər ölmürlər! Doğma kəndində, eləcə də müxtəlif məkanlarda keçirilən anım mərasimləri, hər il xatırlanan doğum günü, qızının atasını fəxrlə anması bir ömrün davamı deməkdir. Şəhidlərin cismi torpağa, ruhu və ölməz xatirəsi isə bütöv bir xalqın qəlbinə, mənliyinə köçür.

Namiqin həyatı göstərdi ki, qəhrəman olmaq üçün böyük səhnələrə ehtiyac yoxdur. Kənddən çıxan bir gəncin, sakit təbiətli bir uşağın da ürəyində bir Vətən yatmış ola bilər. O Vətən ki, hər çağırışı bir haray, hər harayı bir ayrı qəhrəmanlıq dastanıdır. Bu dastanı yazan isə o səsə səs verən igidlərimizdir. Namiq o səslərdən biri, millətin igidlik nümunəsi idi.

Namiq kimi oğullar təkcə doğulduqları kiçik bir kəndin, rayonun deyil, böyük bir millətin övladlarıdır. Bu gün onunla təkcə Çaxırlı kəndi, Masallı rayonu yox, böyük və ulu Azərbaycan fəxr edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri